Faiq İsmayılov: - Ermənilər Qarabağda xəzinə axtarırlar.

Faiq İsmayılov: Ermənilər Qarabağda xəzinə axtarırlar.

Heç kimə sirr deyildir ki, işğal altındakı Azərbaycan ərazilərdə mədəni irs potensialının əsasını arxeoloji abidələr təşkil edir. İşğal altındakı ərazilərdə arxeoloji abidələrin çoxluğu ermənilərin bu ərazilərdə qeyri-qanuni arxeoloji qazıntıların aparmalarına səbəb olmuşdur.


Bu problemin aradan qaldırılması üçün müvafiq beynəlxalq təşkilatlardan erməni işğalı altındakı arxeoloji obyektlərin xüsusi ümuiləşdirmə və sistemləşdirmə yolu ilə tətqiq edilməklə erməni vandalizminin dayandırılması şəraitini tələb edir.


Nəzərə almaq lazımdır ki, işğal altındakı ərazilərdə arxeoloji abidələr ermənilər tərəfindən xüsusi qəddarlıqla istismara məruz qaldığından, onların böyük əksəriyyəti tamamilə məhv edilərək artıq coğrafi xəritədən silinmişdir. Buna misal olaraq Xocalı rayonundakı Xocalı, Əsgəran, Xankəndi kurqanlarını, Ağdam rayonunun Kültəpə kurqanlarını,keçmiş Hadrud rayonueləcədə Şuşa rayonu ərazilərindəki Qarqarçayı hövzəsindəki onlarla kurqanları ermənilər tamamilə dağıdıblar.

 


 

Bu qanunsuz arxeoloji qazıntılar zamanı ermənilərin məqsədləri insanın fəaliyyəti ilə əlaqədar yer altında olan qiymətli maddi mədəniyyət nümunələrinin əldə edilərək Ermənistana daşımaq olmuşdur.
Belə qazıntılar zamanı kurqanlardan tapılan bir çox məişət əşyaları, qızıl bəzəklər, sikkələr və ov alətləri, azərbaycan ərazilərindən çıxarılaraq Ermənistana daşınıb aparılmışdır. Ermənilər tərəfindən, Azərbaycandan çıxarılan daşınan tarix və mədəniyyət abidələrinin ümumilikdə dəyəri yüz milyardlarla manat vəsaitlə ölçülür. Dağıdılan arxeoloji abidələrin sayı isə hələlik tam dəqiqləşdirilməmişdir.
Arxeoloji abidələr:- İnsanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələrinin olduğu güman edilən ərazilər, o cümlədən;
1. Qədim yaşayış məskənləri, ibtidai insan düşərgələri, magaralar, eləcədə kənd və şəhər qalıqları. Qədim müdafiə sistemləri və istehkamlar, daş və torpaq sədlər o cümlədən ağac və ya daşdan tikilmiş qədim mühafizə divarlarının qalıqları;
2. Dini xarakterli ərazilər yəni ziyarətgahlar, qədim məbəd və monastrların qalıqları, dini ibadət komplekslərinin qalıqları, dini mərasimlərin keçirildiyi güman edilən ərazilər;
3. Qədim qəbiristanlar, dini xatirə abidələri, digər dəfn yerləri o cümlədən kurqanlar və torpaq qəbirlər kompleksləri, küp qəbirlər;
4. Qədim təsərrüfat yerlərinin qalıqları; o cümlədən hər cür qədim əşyalar, qaya və daş üzərində təsvirlər və yazılar, ovçuluqla bağlı yerlər, ərazilər və izlərin qalıqları, heyvandarlıq, əkincilik və sənətkarlıqla bağlı ərazilər, qədim mədənlərin istismar izləri, əmək alətləri, istehsalat kürələri, tikinti qalıqları, hidrotexniki qurğuların qalıqları (nohurlar, arxlar ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.), nəqliyyat xəttləri, tikintiləri və yaşayış məskənləri (qədim yollar, körpü qalıqları, və s.).
Arxeoloji abidələrin mövcudluğunun aşkara çıxarılması və qeydiyyatının aparılması, abidələri mühafizə təşkilatlarının nümayəndələrindən böyük diqqət, işgüzarlıq və yüksək peşəkarlıq tələb edir. Lakin arxeoloji irsin qorunub saxlanmasına mane olan səbəblərdən biri də, Ermənistan dövlətinin xüsusi icazəsi ilə erməni brakonyerlər tərəfindən aparılan qeyri-qanuni qazıntılardır.
Dağlıq Qarabağ ərazilərinə nəzarətin olunmaması, belə qazıntıların kütləviləşməsinə səbəb olmuşdur. Bunun da nəticəsində işğal altındakı arxeoloji abidələrimiz vəhşicəsinə qarət edilərək böyük sayda qiymətli əşyalar, satış məqsədi ilə ölkədən çıxarılaraq xarici ölkələrə aparılır.
Ermənistanın bu fəaliyyəti, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında "YUNESKO-nun 1972-ci il konvensiyasına, YUNESKO-nun Ali Konvensiyası tərkibinə daxil olan ölkələrə mədəni tarixi dəyərlərin qorunması haqqında tövsiyyələrinə, 1972-ci il. Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il, Avropa Konvensiyasının müddəalarına zidd olsa belə onlara dur deyən yoxdur.

 

 

Faiq İSMAYILOV
AMEA İnsan Hüquqları İnstitunun Əməkdaşı.

 

 

Xankəndi şəhəri ətrafında aparılan qanunsuz arxeoloji qazıntılar.



 

 

 

 

 

 

Keçmiş Martuni rayonunun Heşan kəndi ətrafında aparılan qanunsuz arxeoloji qazıntılar.

 

 

 

 

 

 

 

 

 

Əsgəran qəsəbəsində aparılan qanunsuz arxeoloji qazıntılar.

 

 

 

 

 

Ağdam şəhəri təmas xətti yaxınlığında aparılan qanunsuz arxeoloji qazıntılar.

 

 

 

 

 

Keçmiş Hadrud rayonunun Tuğ kəndində aparılan qanunsuz arxeoloji qazıntılar.

 


 

 

 

Qarqarçayı ətrafında aparılan qanunsuz arxeoloji qazıntılar.

 



 

 

 

Şuşa şəhərindəaparılan qanunsuz arxeoloji qazıntılar.

 

 

 

 

 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )