İnteraktiv açıq dərs keçirilib. -

“İnteraktiv açıq dərs” keçirilib.

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin
şagirdləri üçün növbəti “İnteraktiv açıq dərs” baş tutub.
Dərsdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz
tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “XX
əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları və
Naxçıvan” mövzusunda çıxış edib. Alim çıxışında ermənilər tərəfindən Bakı,
Şamaxı, Quba, Qarabağ, Naxçıvan və Zəngəzurda dinc əhaliyə qarşı tarixdə
görünməmiş kütləvi qətl və qırğınların həyata keçirildiyini bildirib. Qeyd edib ki,
1905-1907, 1918-1920, 1941-1945, 1948-1953 və 1988-1994- cü illərdə ermənilər
tərəfindən törədilən etnik təmizləmələr zamanı insanlarla yanaşı, tarixi türk-islam
mədəniyyəti abidələri də məhv edilib.
Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımlara Andranik
Ozanyanın başçılıq etdiyini deyən Emin Şıxəliyev bildirib ki, erməni cəllad
Naxçıvana hərbi yürüşlərindən əvvəl Türkiyənin Ərzurum, Alaça, İlgə, Yaşılyayla
bölgələrində türklərin qatili kimi tanınıb və Ərzurum soyqırımının əsas
təşkilatçılarından olub.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı arxiv
sənədlərinin materialları əsasında şagirdlərin diqqətinə çatdıran alim məlumat
verib ki, ermənilərin həm Qafqazda, həm də Anadoluda terror hadisələrinin
arxasında türk yurdlarına sahiblənmək, Azərbaycanla Türkiyənin əlaqələrini
kəsmək niyyəti dayanıb.

Dərsdə həmçinin Məmməd Səid Ordubadinin “Qanlı illər” kitabdan da bəhs
olunub. Bildirilib ki, kitabda saxtakar ermənilərin təcavüz siyasətlərini təsdiq edən
olduqca çox mühüm tarixi sənədlər işıqlandırılıb.
Dərs zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, bir çox dövlətlərin
arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrlə bağlı xeyli
sayda arxiv materialları var. Təəssüf ki, xalqımıza qarşı törədilən qırğınları
təsdiqləyən faktlar, sənədlər uzun illər məxfi arxivlərdə saxlanılıb, lakin
Azərbaycan müstəqillik qazandıqdan sonra gizli saxlanılan həqiqətlər açılıb.
Xüsusi olaraq vurğulanıb ki, ulu öndər Heydər Əliyev 18 dekabr 1997-ci ildə
“1948-1953- cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 26 mart 1998-ci ildə
“Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalayaraq xalqımıza qarşı
törədilmiş soyqırımlara siyasi qiymət verib.
Açıq dərs ümumilikdə muxtar respublikanın 200 ümumtəhsil məktəbində
izlənilib. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !