Doğma diyar rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb - +FOTO ( AZpressAZ - Rüstəm İsmayılov )

“Doğma diyar” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb +FOTO ( AZpressAZ - Rüstəm İsmayılov )

Dekabrın 26-da Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

 

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov sərginin əhəmiyyətindən və nümayiş edilən əsərlərin füsunkarlığından danışıblar. Vurğulanıb ki, sərgiyə 800 fırça ustası 1700-dək əl işi ilə qatılıb. Təqdim edilən rəsm əsərlərinin içərisindən 150 uşağın 160 sənət əsəri seçilərək sərginin ekspozisiyasında nümayiş edilir.

 

Qeyd edilib ki, müsabiqə ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, habelə yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasına dəstək olmaq məqsədilə təşkil olunub.

 

Müsabiqədə 15 yaşa qədər uşaq və yeniyetmələrin hər biri doğma diyarımızı tərənnüm edən mövzular üzrə üç əsəri ilə iştirak edib.

 

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !