Ölən və yaralılar var - - Ağsu aşırımında qəza

Ölən və yaralılar var - Ağsu aşırımında qəza

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə yolun 155-ci kilometrliyində, Ağsu aşırımında Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Cəfərov Bəhruz Məşədi oğlu idarə etdiyi “Reno” markalı minik avtomobili ilə doğulduğu Qazax rayonuna gedərkən ailə üzvləri ilə birgə qəzaya düşüb.

 

Sürücü Ağsu dolaylarında qatı duman səbəbindən yolun hərəkət zolağını görməyib və idarəetməni itirərək avtomobili dərəyə aşırıb. Nəticədə sürücü B. Cəfərov və həyat yoldaşı, 1974-cü il təvəllüdlü Cəfərova Sevinc Mustafa qızı, 25 yaşlı qızı Güləndam Cəfərli ağır bədən xəsarətləri alaarq, təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlərin yardımına baxmayaraq, Bəhruz Cəfərov xəstəxanada ölüb

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

..send- /..Bakı-Şamaxı-Yevlax /..avtomobil yolu /..Ağsu /..Cəfərov Bəhruz /..Cəfərova Sevinc /..Mərkəzi Xəstəxana /..Baş Dövlət Yol Polisi İdarəsi /..istintaq

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !