ADGTT-da Yeni ilin ilk premyeraları - (+FOTO)

ADGTT-da Yeni ilin ilk premyeraları (+FOTO)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni, 2018-ci ilin ilk ayında bir-birindən maraqlı, mövzu və məzmunca fərqli premyeralarla tamaşaçıların görüşünə gəlir.
Teatr yanvar ayında sənətsevərləri sevimli aktyorları ilə görüşdürməklə bərabər həm də səhnədə aktyorların ifasında düşündürücü, dərin, psixoloji məqamlarla dolu tamaşaları təqdim edəcək.
Belə ki, teatr yanvarın 9-u Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunacaq . Tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.
Yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U. Luis “İstədiyim kimi yaşamışam” tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluşcu rejissoru Xalq artisti Ağakişi Kazımovdur. Tamaşa bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir. Ömrün yaşanan illərinə xatirə pəncərəsindən hər an boylanan Zelda, gah xoşbəxtdi, gah bədbəxt. O, gah gülür gah göz yaşlarında boğulur. Teatrın səhnəsində ilk dəfə oynanılan tamaşalardan biri də Rövşən Ağayevin, Asiman Ağa Rövşənin quruluşunda “Sonluğun sonu” mono-tamaşasıdır. Tamaşa aktrisa Küşvər Şərifovanın ifasında yanvarın 16-da nümayiş olunacaq. Səhnə əsərində tənha, qoca qadının həyatı boyu keçirdiyi sarsıntılar, nəhayət bir ananın böyük sevgi etirafları olduğca maraqlı ştrıxlərlə canlandırılıb. Yanvarın 11-də Əməkdar artist Şövqi Hüseynovun ifasında N.V. Qoqoqlun “ “Dəlinin qeydləri” əsərinin rejissoru Xalq artisti Cənnət Səlimovadır. Yanvarın 12-də isə rejissor Mehriban Ələkbərzadənin quruluşunda və Əməkdar artist Kəmalə Müzəffərin ifasında T. Vəliyevanın “Cəza” tamaşası nümayiş olunacaq. Yanvarın 17-də Əməkdar artist Nofəl Vəliyevin ifasında F. Dostayevskinin “İdiot” tamaşası ilə baş tutacaq premyeralar sevilən aktyorları öz tamaşaçıları ilə görüşdürəcək.
Bir sözlə ADGTT-nın aktyorları tamaşaçı ilə təkbətək qalmaga hazırdırlar. Çünki deməyə sözü, sərgiləməyə sənətləri var. Premyeralar axşam saat 19:00-da teatrın “Kiçik səhnə”sində nümayiş olunacaq.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

..send- /..Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı /..Əməkdar artist Lətifə Əliyeva /..Səməd Vurğun /..Mehriban Abdullayeva /..U. Luis “İstədiyim kimi yaşamışam” tamaşası /..Ağakişi Kazımov /..Rövşən Ağayev /..Asiman Ağa Rövşən /..Küşvər Şərifova /..Şövqi Hüseynov /..Cənnət Səlimova /..T. Vəliyevanın “Cəza” tamaşası /..F. Dostayevskinin “İdiot” tamaşası /..Mehriban Ələkbərzadə

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !