...məndən ötdü, qardaşıma dəydimi?... - Aida Eyvazova

Özümə söz vermişdim ki, bundan sonra deyəcəyəm ki, “...məndən ötdü, qardaşıma dəydi...”. Ancaq baxıram ki, qardaşa dəyən elə sənə dəyir. Səndən ötmür. Çünki bu Vətəni sevirsənsə, küçədə itini də, pişiyini də, ən aciz vətəndaşını, oqrusunu, pritona gedənini, fələsini, müəllimini, həkimini, dənizçisini və alpinistini də sevəcəksən. Çünki vətəndaşındır. Atadan-anadan imtina etmədiyin kimi, vətəndaşından da imtina edə bilmirsən. Bacarsan tərbiyələndirəcək və hüququn normaları daxilində tnbeh edəcəksən. Hüquqlarımızı pozanların ucbatından da görə tez-tez ayağımıza daş dəyir ki, bu da təhsilimizdə korrupsiyaya, səhiyyəmizdə korrupsiyaya, nazirliklərimizdə korrupsiya... rəvac verir.
Təsilimizdə qohumluq əlaqələrinə görə işə götürülənlər məktəbləri rüşvət yuvasına döndərir.Kitablarımız düz yazılımır. Orduda komandirlər əsgərləri məzuniyyətə göndərmək üçün ailələrinə zəng vurub , onlardan şirinlik istəyirlər. Qubada, Şəmkirdə ancaq imkanlıların balaları “xidmət edirlər”. İstər Fövqəladə Hallar Nazirliyində , istərsə də AZAL hava yollarında , SOCAR-da xidməti vəzifədə olanlardan eşitdiyin ləhcə ancaq “dabə”, “gəl da bə”, “get da bə”, “ver da bə”-dır. Mən yerlibaz deyiləm. Ancaq onu bilirəm ki, bu xidməti vəzivələrə götürülənlər qohumluq əlaqələrinə , hansı məkandan olduqlarına görə deyil, savadına, bacarığına görə götürülsələr, onda dənizdə batan neftçi də, yanan da, dağda itən də tez tapılar. 1-2 nəfər savadlını işə götürüməklə, gözə kül üfürəndə, görmək istədiiyimiz bütün işin üstünü kül örtür, yol tapa bilmirik.
İndi də qışın bu günündə dənizdə batanlarımızı tapa bilməyən FHN əməkdaşları, yenə də havanı bəhanə gətirib 3 nəfər alpinistimizin axtarışının çətinləşdiyini deyirlər. Lap tutalım ki, hava şəraiti imkan vermir... A kişinin oğlu, deyirəm bəlkə o nazirlikdə bir Çingiz Abdullayevin “Dronqo” əsərini oxuytan olar. Əsərdə hələ mobil telefonların təzə yayıldığı bir zamanı əks edən məqamlar var. Bir sönmüş telefon vasitəsi ilə nə boyda əməliyyatın üstünü açırlar. Yəni ki, bu mobil telefon “şoğərib” elə bir zırıltıdır ki, lap bağlı olanda belə dənizin dibindən də onu tapan siqnallar var. Özü də ki, bizim indi göydə özümüzün peykimiz var. Bu iş daha da asanlaşmalıdır. Adam heç inanmaq istəmir ki, bizim qədər inkışaf etmiş bir ölkənin telefonları tapan aparatı olmasın?!
Dənizdə batanları küləyin və dənizin vicdanınıza buraxdınız, küləklər gətirib bəzisini çıxardı, qalanlar da yəqin ki, balıqlara yem oldular. İndi üç nəfər alpinisti də yəqin ki, yaza saxlayarsınız. Qarlar əriyib suya dönəndə, alpinistlərin də paltaraları görünəcək yəqin...
Və bu baş verənlərdən bir nəticə çıxarmaq olar. Biz ən yaxşı halda inkişaf etmiş qonşu ölkələrdən birinin FHN-nin əməkdaşlarını bir neçə il gətirib bizdə işlədək, bizimkilər onlardan öyrənsinlər. Başqa əlacımız yoxdur. Və ya hadisə baş verəndə dərhal qonşu dövlətdən kömək istəsək, vallah dərhal köməyimizə çatacaqılar. Barmqdan üzük çıxartmaq, pəncərədən evə girib qapını açmaqla, FHN -yi formalaşmır. Peşəkarlar və qorxmazlar lazımdır.
FHN təzə tikilən binaları hətta, yaşayışa yararlı olanda belə, elə günə qoyur ki, ev tikən adam tikdiyi evdən imtina edib, binanı havayıca oraya vermək məcburiyyətində qalır. Bir kasıb çaşıb eyvanının pəncərəsinə dəyən ağacın budağını kəsəndə, Ekologiya və Təbii Sərvətlər Nazirliyimiz həmin adamın , əgər işləyirsə, 5 aylıq maaşını boğazından kəsib cərimələyir. Cərimələməyə sözüm yoxdur, bəs onda bu parkları qırıb, yerində obyekt tikənlərin havadarları niyə bu qədər çoxdur? Külək enerjisinin qurğularını gözə kül üfürmək üçün qurub, içərisinin motorlarını ya satırlar, ya da pulunu yeyirlər... Niyə o küləkdən enerji alan, günəşdən enerji alan qurğularımız işləmir? Bu sualların cavabdehləri əslində çox istərdik ki, uzun illər oturduqları isti kreslolarından ayrılsınlar. O kreslolarda oturub işləyib Vətənə və xalqa xeyir verməyə əllərində diplomları, gedib fəhləlik edən savadlı kadrları işə cəlb edin. Onda dənizdə batan vaxtında tapılacaq, Hansı birisini deyəsən...
Və bu bacarıqsız qohum işçilər ordusunun ucbatından, ölkə prezidentinin etdiyi sərt çıxışları da demək olar ki, qulaqardına vurulur. Biz hamımız vicdanla işləsək, sözümüzdə, vədimizdə yalan olmaz. Bu bütün ölkənin həyatını, işlərimizin gedişatını asanlaşdırar.
“ASANlaşdırar”- dedim yadıma ASAN xidməti düşüdü. ASAN Xidmət Agentliyi çox gözəl bir təcrübəni tətbiq edərək işə şəhid ailələrinin övladlarını, Milli Orduda döyüşüb, əlil olandan sonra iş tapmayan hərbiçiləri götürür. Nə qədər kasıb ailəsi evinə çörək pulu aparır. Və orada işləyən insanların hamısı xidmət başında özlərini bu xalqın qulluqçusu hesab edirlər. Bizim Gömrümüyümüz, vergimiz, Yol Polisimiz də ASANlaşsa, savadlı uşaqlara orada iş yeri tapılacaq. Çünki ,Azərbaycanın üzünü ağ edən yeganə agentlik demək olar ki, ASAN-dır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

..send- /..Fövqəladə Hallar Nazirliyi /..SOCAR /.. AZAL hava yolları /..Ekologiya və Təbii Sərvətlər Nazirliyi /..ASAN Xidmət /..Yol Polisi /..Milli Ordu /..Aida Eyvazova