Sevgi , hörmət və bərabərlik naminə! – - ƏSA Teatrından sosial çarx (+VIDEO)

Sevgi , hörmət və bərabərlik naminə! – ƏSA Teatrından sosial çarx (+VIDEO)

Azərbaycanın ilk və tək inklüziv ƏSA Teatrı fiziki məhdudiyyətli şəxslərlə bağlı
ölkənin ilk sosial çarxını hazırlayıb. ƏSA Teatrının baş meneceri Nicat Qulam
bildirib ki, 2018-ci ilin ilk günlərində sosial çarxı çəkməkdə məqsəd cəmiyyətin bütün
təbəqələrinin diqqətini ölkədə əlilliyi olan şəxslərə yönəltməkdir. "ƏSA Teatrı olaraq
qərara gəldik ki, yeni ilin ilk günlərində çəkdiyimiz bu sosial çarxla düşüncələrimizi cəmiyyətə ötürək. Çünki fiziki məhdudiyyətli insanların yaradıcı fəaliyyət göstərə bilmələri üçün bütün cəmiyyət dəstək göstərməli, əlilliyi olan şəxslərə münasibət dəyişməlidir"

Qeyd edək ki, təkcə Azərbaycanın deyil, bütün regionun ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı
2016-cı ilin sentyabr ayının 3-də aktyor-rejissor Nihad Qulamzadə tərəfindən müstəqil şəkildə
təsis olunub. 19 dekabr 2017-ci ildə ƏSA sayca üçüncü tamaşasını təqdim edib. ABŞ yazıçısı
Con Steynbekin eyniadlı povesti əsasında hazırlanan ilin son tamaşası - "Adamlar və Siçanlar"
ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

..send- /..ƏSA Teatrı /..Nicat Qulamzadə /..Con Steynbek /.."Adamlar və Siçanlar" fiziki məhdudiyyətli insanlar

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !