Naxçıvan sakinlərinə şad xəbər: - dəmiryolu xətti bərpa olunur

Naxçıvan sakinlərinə şad xəbər: dəmiryolu xətti bərpa olunur

Naxçıvanı İranın Məşhəd şəhəri ilə əlaqələndirəcək sürət qatarı 2018-ci il yanvarın 11-dən işini bərpa edəcək.

 

AZpress.AZ saytı xəbər verir ki, bunu Trend-ə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom deyib.

 

Diplomat ümid etdiyini bildirib ki, bu dəmir yolu marşrutunun fəaliyyət göstərməsi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək.

 

Naxçıvan-Məşhəd-Naxçıvan marşrutu üzrə reyslər 2016-cı ilin dekabrında başlasa da, sonradan texniki səbəblərlə əlaqədar dayandırılmışdı.

 

Hərəkət istiqaməti boyunca qatar İranın digər şəhərlərində, o cümlədən Təbriz və Tehranda da dayanır.

 

M.Ayrom qeyd edib ki, bu amil turizmin inkişafında müsbət rol oynayacaq: "Təbriz və Naxçıvanın bir çox oxşar nöqtələri var. Təbriz İslam turizminin, Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !