Şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı (+FOTO)

Xəzər rayon Gənclər və İdman idarəsi “Azərbaycan gəncliyi 2017 - 2021 - ci llərdə Dövlət Proqramı”nın 5.1.2 bəndinin icrasının təmin etmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin gənclər arasında tanıdılması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

 

Filmin təqdimatından öncə 124№-li tam orta məktəbin direktoru Sevda Abdullayeva, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Nəsirov,Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev,Xəzər rayon Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin sədri Ağaşah Yusifov, 124№-li tam orta məktəbin direktor müavini Sevinc Atayeva çıxış etmişlər.

 

Məktəblilərin hazırladığı Şəhidin xatirəsinə həsr olunmuş əbədi bədii kompazisiya nümayiş etdirilmiş, daha sonra sənədli film nümayiş etdirilmişdir.

 

Tədbirdə 200 nəfər iştirak etmişdir