DÜNYA ŞÖHRƏTLİ YAZIÇININ ƏSƏRİ ƏLİ NƏCƏFXANLININ TƏRCÜMƏSİNDƏ

 Bu günlərdə şair-publisist Əli Nəcəfxanlının tərcüməsində Corc Oruellin “Birma günləri” romanı “Qanun” nəşriyyatında işıq üzü görmüşdür.Daha çox jurnalistika və şeir yaradıcılığı ilə tanınan Əli Nəcəfxanlı beş kitab müəllifi, Həsənbəy Zərdabi mükafatı laureatıdir. “Birma günləri” onun dilimizə çevirdiyi ilk xarici bədii əsərdir.

Əli Nəcəfxanlınınyaradıcılığına müraciət etdiyi Corc OruellXX əsrin tanınmış ingilis yazıçısıdır.Onunbir sıraəsəri dünyada geniş yayılmışdır. “Birma günləri” isə yaradıcılığının erkən dövrlərinə təsadüf edən və birnəfəsə oxunan romanlardandır. Hamısını birmalı aborigenlər üzərində üstünlük hissi birləşdirən, amma iç dünyaları tam fərqli olan ingilis müstəmləkəçilərin həyatı, onların zadəgan tövrləri, özlərini xırda ədavət hisslərinə qurban vermələri əsərdə ustalıqla qələmə alınıb. Müəllif, günbəgün böyük imperiyaya inamını itirən bir ingilisin –Florinin faciəvi taleyi fonunda gözəl realist əsər yaradıb.

Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan “Birma günləri” tərcüməçi tərəfindən dilimizə ustalıqla çevrilmişdir.Hazırda Əli Nəcəfxanlının “Qanun” nəşriyyatında Corc Oruelldən tərcümə etdiyi “Kataloniyaya məhəbbətlə” əsəri də çapa hazırlanır. O, həmçinin dünya şöhrətli yazıçının “Keşiş qızı”adlı romanının tərcüməsi üzərində işləyir.