LDU-da yaradılan ictimai şura imtahan prosesini izləyib - +FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

LDU-da yaradılan ictimai şura imtahan prosesini izləyib +FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Universitetində (LDU) cəmiyyətlə sıx təmas yaratmaq, universitetdə aparılan təhsil islahatları ilə ictimaiyyəti yaxından tanış etmək məqsədi ilə yaradılan ictimai şuranın üzvləri- Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov ,”Lənkəran “qəzetinin xüsusi müxbiri Ağaddin Babayev, təcrübəli pedaqoq Söhbət Ağayev, şəhər gənclər və idman idarəsinin rəis müavini Elbəy Fətəliyev və başqaları 15 yanvar və 16 yanvar tarixlərində universitetin hər iki tədris korpusunda imtahanların gedişini canlı izləyiblər.
Şura üzvləri imtahan keçirilən auditoriyalara baş çəkərək tələbələrə biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar. İmtahan zallarında olan, burada imtahanların gedişini şəxsən izləyən müşahidəçilər tələbələrə bilk sınağından üzüağ çıxmağı, yaradılan imkandan səmərəli istifadə edərək yaxşı oxumağı və gələcəyimiz üçün lazımlı, hazırlıqlı kadr olmağı tövsiyə ediblər.
İmtahanların gedişi İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa da izlənilib. Qonaqlara müşahidə mərkəzinin fəaliyyəti və imkanları barədə ətraflı məlumat verilib.
Eyni zamanda,ictimai şura üzvləri LDU-nin təhsil həyatı, burada professor-müəllim və tələbə heyəti üçün yaradılan şərait, son ildə tədrisin modern təşkili, universitetin yenilənmiş maddi-texniki bazası, elmi kitabxanası, xaricdən alınmış tədris avadanlıqları, labaratoriyalarla da yaxından tanış olublar.
Universitetlə əyani tanışlıqdan sonra şura üzvləri LDU-da bu istiqamətdə aparılan işlərdən razı qaldıqlarını, bu ali təhsil ocağında aparılan təhsil islahatlarını və əldə edilən uğurları yüksək qiymətləndirdiklərini bildiriblər.

 


Ağaddin BABAYEV, Lənkəran

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !