"Sağlam həyat tərzi xoşbəxtlikdir" - - Layihə (+FOTO)

"Sağlam həyat tərzi xoşbəxtlikdir" - Layihə (+FOTO)

Mən, Məmmədova Aynur Tofiq qızı əlilliyi olan şəxsəm, lakin buna baxmayaraq öz üzərimdə hər zaman çalışıram. Hal-hazırda Paralimpiyaçı, taekvondo üzrə 3 qat dünya və 2 qat Avropa çempionu, idman ustası və “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyinin sədriyəm.
Məlumat üçün bildirik ki, “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyi 29.06.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.İctimai birliyimizin məqsədi sağlamlıq imkanları məhdud olan uşaqları, yeniyetmə və gəncləri cəmiyyətimizə üzv edib idman sahəsinə yönəltmək, onların sağlam cəmiyyətə inteqrasiya etməsinə, reabilitasiya və abilitasiya olunmalarına və beynalxalq yarışlarda uğur əldə edərək bayrağımızı yüksəklərə qaldırmasına nail olmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İB-nin sağlam həyat tərzi xoşbəxtlikdir layihəsi Sumqayıt şəhəri 1, 6, 7, 31, 40, 42,43 saylı orta məktəblərində keçirilmişdir.. Tədbirdə həkim-eksperrt, taninmiş idmançilar şagird və müəllimlər iştirak etmişlər.Layihə rəhbəri olaraq qeyd etmək istyirəm ki, məhz Sumqayıt şəhərindən kənar məktəblər (Corat qəsəbəsi, H.Z.Tağıyev qəsəbəsi, Stansiya Sumqayit ) bura daxildi. Kənar məktəbləri seçməkdə məqsədim onlarin daha çox mariflənməyə ehtiyacları olduğu üçündür.Bu təlimdə həkim məsləhətindən əlavə uşaqlara motivasiya təlimidə keçrilmişdir.Motivasiyadan sonra uşaqlarin təhsilə, idmana, düzgün qidaya, aktiv həyat, sürməyə pis vərdişlərdən, uzaq olmağa dahada maraqlari artmışdır. 7 məktəb üzrə 445 şagird bu mövzuda məlumatlandirilmişdır.İnşallah gələcəkdə belə təlimləri regonlarda keçirlməsini nəzərdə tuturuq.Belə təlimlər gələcyimizin sağlam böyüməsi üçün çox vacibdir.
Xahiş edirik tədbirin Sizin saytda işıqlanmasında yardımcı olasınız. Öncədən Sizə öz də-rin minnətdarlığımızı bildiririk.

 


“Əlilliyi olan uşaq və gənclərin
idmana inteqrasiyası”
İctimai Birliyinin sədri

Aynur Məmmədova
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !