Mənim günahım yenidən səhnədə - - Bu dəfə Nərgiz Kərimova ilə...

“Mənim günahım” yenidən səhnədə - Bu dəfə Nərgiz Kərimova ilə...

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin "Mənim günahım” pyesi teatrsevərlərə bu dəfə Əməkdar artist Nərgiz Kərimovanın ifasında təqdim olunacaq. Aktrisa səhnədə bütün varlığıyla sənətinə bağlı olan Nurcahan adlı balerinanın dramatik obrazını peşəkarlıqla tamaşaçıya çatdırır, canlandırdığı obrazın həyatının hər saniyəsini anbaan yaşayır. Yaş üstünə yaş gəldikcə artıq səhnədən ayrılmaq qorxusu ilə üzləşən Nurcahan nəinki sevimli peşəsini, həm də uğrunda mübarizə apardığı əri Sahibi itirməkdən həyacanlanır. Sahib onu məhz bu səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. Əsərdə hadisələr elə cərəyan edir ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyinə sahiblənməkdədir...
Bu rolun əvvəlki ifaçısı Xalq artisti Şükufə Yusupova tamaşaçıların yaxşı yadındadır. Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Kərimova da Nurcahan rolunda öz istedadını rəngarəng prizmadan nümayiş etdirərək, tamaşaçılarda dərin və fərqli təəssüratlar yarada bilir.
Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara Qarayevin "Yeddi gözəl” baletindən və digər əbədiyaşar musiqilərindən istifadə olunması İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramının tamaşaçılara fəqrli rakursdan təqdim edilməsində xüsusi rol oynayır. Tamaşanın bədii tərtibatında müasir texniki üsullardan, çağdaş texnoloji vasitələrdən istifadə edilib.
Qeyd edək ki, tamaşada rolları Əməkdar artist Nərgiz Kərimova ilə yanaşı, tamaşaçılara “Vicdan haqqı” serialından İmran obrazı ilə yaxşı tanış olan Əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər. Dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeyster Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !