20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilir. - + FOTO ( AZpress.AZ - Ismayıl Əhmədov, Şəki )

20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilir. + FOTO ( AZpress.AZ - Ismayıl Əhmədov, Şəki )

Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planı”na uyğun olaraq Şəkinin ümumtəhsil məktəblərində qanlı 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsi məqsədilə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən əmr imzalanmış, tədbirlər planı təsdiq edilmişdir.
Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 10 yanvar 2018-ci il tarixdən başlayaraq məktəblərdə silsilə tədbirlər, idman yarışları, şer və inşa yazı müsabiqələri, səhnəciklər, sərgilər təşkil edilmiş, keçirilən tədbirlərdə şagirdlərimizdə igid Vətən oğullarının qəhrəmanlıqlarından geniş bəhs olunmuşdur.
Qanlı 20 Yanvar hadisələrinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş Şəki Şəhər Təhsil Şöbəsinin yekun tədbiri - “20 Yanvar - Qan Yaddaşımız” adlı inşa-yazı müsabiqəsi 18 dekabr 2018-ci il tarixdə Şəki şəhər 12 №-li tam orta məktəbdə Şəki Şəhər Gənclər və İdman İdarəsi ilə birgə keçirilmiş, müsabiqədə 30-dan artıq məktəbin şagirdləri iştirak etmişdir.
19 yanvar 2018-ci il tarixdə Şəkinin ümumtəhsil məktəblərində ilk dərs saatı 20 Yanvar hadisələrinə həsr edilmişdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !