İslam həmrəyliyi adlı intellektual turnir keçirilib - (+FOTO)

“İslam həmrəyliyi” adlı intellektual turnir keçirilib (+FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “İslam həmrəyliyi” adlı intellektual yarış həyata keçirilib. “İslam həmrəyliyi” layihəsinin həyata keçirilməsində əsas məqsəd tələbələr arasında həmrəyliyi inkişaf və təbliğ etməkdən ibarətdir.
Ümumilikdə layihə çərçivəsində 42 komanda mübarizə aparıb. Final mərhələsində isə qalib olan 7 komanda arasında mübarizə davam edib.
Müxtəlif təhsil müəssisələrindən olan komandaların iştirakı ilə 10 gün boyunca davam edən yarış gənclərin marağını cəlb edib. Qeyd edək ki, layihənin açılış mərhələsindən sonra 7 gün boyunca daxili turnirlər təşkil olunub. Daxili turnirlərdən ən yüksək nəticə göstərmiş komandalar final mərhələsində yarışıblar. Sonda isə intellektual oyunun qalibi Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin “Liviya” komandası, 2-ci yeri Azərbaycan Slavyan Universitetinin “İndoneziya” komandası, 3-cü yeri Azərbaycan Memarlıq və İnşaat Unversitetinin “İordaniya” komandası əldə edib.
ATGTİ-nin ofisində keçirilən layihənin bağlanış mərasimində qaliblər mükafatlandırılıb və xatirə şəkli çəkilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !