Lerikdə Dini radikalizm və onun fəsadları adlı maarifləndirici tədbir keçirilib - +FOTO (AZ.press.AZ – Ağaddin Babayev, Lerik)

Lerikdə “Dini radikalizm və onun fəsadları” adlı maarifləndirici tədbir keçirilib +FOTO (AZ.press.AZ – Ağaddin Babayev, Lerik)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Lerik rayonunun Şingədulan kənd tam orta məktəbində “Dini radikalizm və onun fəsadları” adlı tədbir keçirilib. Tədbirdən öncə DQİDK-nin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan böyük əhəmiyyət daşıdığını qeyd edib. A.Həsənov eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışaraq bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlarda vətənpərvərlik hislərinin tərbiyə olunmasından ibarətdir.
Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik RİH başçısının Şingədulan kənd inzibati ərazi dairəsinin nümayəndəsi Nəbi Mirzəyev və başqaları çıxışlarında şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndimənin əhəmiyyətini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Ağaddin BABAYEV, Lerik
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !