ADGTT-da həftəsonu 14 tamaşa nümayiş olunacaq... - (+FOTO)

ADGTT-da həftəsonu 14 tamaşa nümayiş olunacaq... (+FOTO)

Hər həftə olduğu kimi bu həftə də ADGTT daimi tamaşaçıları və şəhərimizin qonaqları, eləcə də kiçik yaşlı tamaşaçılar üçün maraqlı repertuar tərtib etmişdir.
Teatr yanvarın 26-sı saat 14:00 və 16:00-da A.Şaiq və S.S.Axundovun “Qaraca qız”, yanvarın 27-də saat 12:00 və 14:00-da Y.Şvartsın “Qırmızı papaq”, yanvarın 28-i saat 12:00 və 14:00-da H.X.Andersenin “Çirkin ördək balası”, yanvarın 29-u saat 12:00 və 15:00-da ərəb xalq nağılı “Ələddinin sehirli çırağı”, yanvarın 30-da saat 14:00-da M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah”, yanvarın 31-də saat 14:00-da isə V.Siqayevin “Ağ ölüm” tamaşası nümayiş olunacaq.
Belə ki, kollektivin axşam tamaşaları da rəngarəngdir. Teatr yanvar ayının 25-də türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanı əsasında hazırlanmış “Eşq-i Nigar”, yanvarın 27-si M.Füzuli “Leyli və Məcnun”, yanvarın 28-i Ə.Əmirli “Hasarın o üzü” tamaşaları ilə teatrsevərləri sevindirəcək. Axşam tamaşaları saat 19:00-da nümayiş olunacaq.
Tamaşalarda rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, teatrın istedadlı aktyorları Əməkdar artistlər Leyli Vəliyeva, Nübar Novruzova, Qurban İsmayılov, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Manaf Dadaşov, Günel Məmmədova, Ramiq Nəsirov, İlham Əsədov, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Elşən Hacıbabayev, Anar Seyfullayev, Elnur Hüseynov, Müşfiq Əliyev, Aygün Fətullayeva, Xəyalə Meydanova və başqaları ifa edəcəklər.
Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və ASAN xidmət mərkəzlərindən və filiallarından əldə edə bilərsiniz.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !