İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz adlı tədbir... - +FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir... +FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“İslam humanizm və həmrəylik dinidir” adlı layihə çərçivəsində Lənkəran rayonunun Ləj kənd məscidində“İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Yerli sakinlərin, ziyalıların, din xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi yaşadığını, dini-mənəvi dəyərlərə qarşılıqlı ehtiramla yanaşıldığını, tolerantlıq və həmrəyliyin hökm sürdüyünü bildirib. İslam həmrəyliyinin Azərbaycan modeli haqqında danışan Q.Məmmədov ölkəmizin müsəlman dünyasını, bütövlükdə bütün dünyanı sülh və həmrəyliyə çağırdığını qeyd edib.
DQİDK-nin Dinşünaslıq ekspertizası şöbəsinin baş məsləhətçisi Mahir Qəniyev çıxışında Azərbaycan xalqına xas olan dözümlülük və həmrəyliyin müstəqil Azərbaycanın ən böyük sərvətlərindən olduğunu vurğulayıb. Dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verən M.Qəniyev milli-mənəvi dəyərlərimizin və İslam həmrəyliyinin təbliğ edilməsini radikalizm və ekstremizmə qarşı mübarizədə əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Etibar Vəliyev, Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov, Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov, AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Milli Qəhrəman atası Ələkbər Əliyev çıxış edərək xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu bildiriblər. Natiqlər həyata keçirilən maarifləndirmə layihəsinə görə DQİDK-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. DQİDK tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.


Ağaddin BABAYEV, Lənkəran
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !