Nardaran hadisələri ciddi siqnal idi... -

Nardaran hadisələri ciddi siqnal idi...

"Ölkəmizdə dini durum sabitdir. Azərbaycanda tolerantlığın, multikultralizmin nümunəvi modeli formalaşıb"

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, ölkəmizdə bu muhiti heç də xoş qarşılamayan qüvvələr mövcuddur.

 

"Yad dini ideologiyaların ölkəmizə ixrac olunmasına cəhdlər müşahidə edirik. Bu təhdidlərin qarşısını almaq üçün tədbirlərin geniş miqyasda keçirilməsinə və xüsusilə maarifləndirmə xarakterli tədbirlərin tətbiq olunmasına üstünlük veririk. Bizim əsas hədəfimiz maarifləndirmə, preventiv xarakterli tədbirlər, profilaktik xarakterli tədbirlərə önəm verilməsidir. Təhlil və təcrübələr göstərir ki, dini radikalizm və ektremizmə qarşı mübarizədə onun fəsadları ilə yanaşı, səbəbləri araşdırmalı, onu yaradan səbəblər aradan qaldırılmalıdır. Bu zaman isə qabaqlayıcı tədbirlərə üstünlük verilməsi daha effektli təsir göstər. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri reabilitasiya tədbirlərinə önəm verilməsidir”.

 

S.Heydərovun sözlərinə görə, ölkəmizdə bəzi gənclər müxtəlif şəraitdə, o cümlədən xarici ölkələrdən qaynaqlanan, idarə olunan sosial şəbəkələrin təsiri nəticəsində müəyyən qədər radikalizm, ektremizmin təsiri altına düşürlər. “Həmin şəxslərin müəyyənləşdirilməsi, cəmiyyətə inteqrasiyasını təşkil etmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə reabilitasiya işlərinə üstünlük verilib”.

 

Komitə rəsmisi vurğulayıb ki, ölkəmizdə müəyyən qədər dindarlaşma prosesi gedir: "Din həyatımızın ayrılmaz hissəsidir. Bu gün Azərbyacanda dinin siyasiləşdirilməsinə ciddi cəhdlər var. Nardaran hadisələrində biz bunu gördük. Bu isə ciddi siqnal idi”.

 

Qeyd edək ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” adlı seminar – müşavirə keçirilib.

 

Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Nərimanov Rayon İcra Hakimiyyəti, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsilik Xidmətinin vəzifəli şəxsləri iştirak ediblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !