“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi cəbhə bölgəsində növbəti təlimini keçirdi. - (+FOTO)

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi cəbhə bölgəsində növbəti təlimini keçirdi. (+FOTO)

29 yanvar 2018-ci il tarixdə Ağdam rayonunun Qaradağlı kəndində “Yaradıcı Gənclərə Dəstək”
İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclə Fondunun maliyyə dəstəyi ilə
“Azərbaycanın işğal altında olan ərazilərində tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği”
mövzusunda növbəti təlimini keçirdi.
Təlimdə Ağdam Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Anar Əsgərov, Qaradağlı
kənd Mədəniyyət Evinin direktoru Zənurə Mirzəyeva, Qaradağlı kənd Kitabxanasının müdiri İradə
Qasımova, Sovet İttifaqı Qəhrəmanı Rahib Məmmədov adına Ev Muzeyin direktoru Sahib Məmmədov və
25 nəfərdən artiq gənc iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Ağdam Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Anar Əsgərov
açaraq tədbirin mahiyyəti haqqında iştirakçılara geniş məlumat verdi. Anar Əsgərov çıxışında qeyd etdi ki,
Qarabağın ürəyi sayılan doğma Ağdamımız hələ də düşmən tapdağındadır. Bu gün düşmən Ağdamımızı
tamamilə dağıtmış, tariximizi özündə yaşadan və özü bir tarix olan abidələrimizi də tamamilə məhv etmişdr.
Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixini məqsədli şəkildə məhv edir, yer adlarını və
toponimlərini dəyişdirir, mədəni dəyərlərini qarət edir və bir sözlə Azərbaycana rəqəmlərlə hesablanması
mümkün olmayan zərər vurur. Biz tarixi abidələrimizə sahib çıxmalıyıq və onların mühafizə edilməsi
istiqamətində Beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalıyıq. Ermənilərin tarixi abidələrimizə qarşı
etdikləri vandalizm hərəkətlərini bütün dünyaya çatdırmalıyıq. Lalətəpəyə, Talış yüksəkliklərinə taxılan
bayraq bur gün Allahın izni, Ali Baş Komandanın əmri ilə Qarabağımızın ən uca zirvəsinə sancılacaqdır. Bu
cür vətənini sevən, uğrunda canından kecən, qəhrəman övladları olan bir ölkənin vətəni düşmən tapdağı
altında çox qala bilməz. Bizlər o torpağa, vətənimizə dönməliyik.
Çıxış edən natiqlərdə ermənilərin tarix və mədəniyyət abidələrimizə qarşı törətdikləri vandalizm
hərəkətlərini pisləməklə yanaşı qeyd etdilər ki, bu gün Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusu
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qədim yurd yerlərini düşmənlərdən azad edəcəyik və tarixi
abidələrimizə sahib çıxacağıq.
Sonda söz təlimçiyə verildi. Təlimçi də mövzu ətrafında gənclərə ətraflı məlumat verdi.
Növbəti təlimlər Füzuli rayonunda təşkil ediləcəkdir.
#AzGF 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !