Akademik Yaqub Mahmudov mücahid atasının Nuru paşa ilə görüşü barəsində - VİDEO

Akademik Yaqub Mahmudov mücahid atasının Nuru paşa ilə görüşü barəsində VİDEO

El arasında "Qara Mikayıl" kimi tanınan atam 1918-1920-ci illərdə erməni millətçiləri ilə mübarizə aparıb, o bizim ata-baba yurdumuz Göynük kəndinin igid kişilərindən ibarət dəstənin rəhbərlərindən biri olub. Ermənilər Şəkinin Səbətli kəndində Şaumyanın köməyi ilə qərargahlarını -Şəki şəhərinə qarşı gələcək hücumlar üçün gücləndirilmiş istehkam sahəsi yaratdılar. Atam yoldaşları ilə birlikdə Gəncəyə, Osmanlı xilafətinin Qafqaz İslam Ordusuna komandanlıq etmiş Nuru paşanın yanına gedəndə, o atama gecikdirmədən Şəkiyə dönməyi tapşırıb. Səbətli atamın dəstəsi tərəfindən alındı, kafirlər oradan qovuldular. Nuru paşa xilafət əsgərləri qarşısında şəkililərə təşəkkür edib:"Vətəni belə qoruyarlar". Nuru paşa sonra igidlərdən soruşub: "Siz bizə kömək edərsinizmi?". Şəkililərin cavabı müsbət olub, atam dəstəsi ilə Biləcəriyə kimi gəlib...
... atam ermənilərə qarşı vuruşyb, sonra isə 1930-cu il Şəki üsyanının liderlərindən biri olub. Atama ölüm hökmü kəsilmişdi, və 1956-ci ilə qədər ailəmiz meşələrdə yaşayıb.


Tarix İnstitutunun mətbuat katibi Lətif Mustafayev

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !