QAZAĞIM MƏNIM adlı rəsm müsabiqəsi elan edilib. -

“QAZAĞIM MƏNIM” adlı rəsm müsabiqəsi elan edilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,Qazax Rayon İcra Hakimiyyəti,Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə Qazax rayonunun sakinləri olan uşaq və yeniyetmələr arasında
“QAZAĞIM MƏNIM” rəsm müsabiqəsini elan edir.

 

Müsabiqə vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii zövqünün formalaşdırılması, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, onların yaradıcı qabiliyyətinin inkişaf etdirilərək stimullaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması, bölgələrin turizm potensialının təbliği məqsədi ilə keçirilir.
Müsabiqəyə qatılmaq istəyən iştirakçılar yaratdığı tablonun fotosu ilə bərabər
1.Ad və soyad / 2.Təvəllüd / 3.Əlaqə nömrəsi/ 4.Oxuduğu məktəbin adını qeyd etməklə2018-ci il aprel ayının 6-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.
1. facebook:Bakı Xetai Senet Merkezi(https://www.facebook.com/xsm.art.az/)
2.Whatsapp: 00994513107401
3. Instagram: xetaisenetmerkezi
4.Email: xsm.2016@mail.ru
5. Ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.

 

Müsabiqəyə 17 yaşına qədər uşaq və yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər.
Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək və uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır. Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və qaliblər aşağıdakı 3 nominasiya üzrə seçilərək mükafatlandırılacaqdır.
1. Düzgün kompozisiya
2. Düzgün rəng seçimi
3. Maraqlı ideya
Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular aşağıdakılardır:
• Qazax xalçalarının təsviri
• Qazaxdakı milli mədəni və tarixi abidələrin, rayonun simvollarının təsviri (Göyəzən dağı, Damcılı bulaq, Dilbaz atı və.s)
• Yerli mətbəxnümunələrinin və yemək süfrəsinin təsviri
• Qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin təsviri
• Qazax rayonu üçün xarakterik musiqi alətinin təsviri
• Aşıq sənətinin vəmilli rəqslərin təsviri
• Qazaxda doğulmuş dahi şəxsiyyətlərin obrazlarının təsviri
• Hərbi vətənpərvərlik mövzusu, sərhədyanı problemlərvəqəhrəmanların obrazlarının təsviri
• Yaşayış bölgəsinin, məhəllənin,küçənin, həyətin vəs.təsviri
• Təbiətin mühafizəsi, bölgəyə xas olan flora vəfaunanın təsviri
• Müxtəlif peşə sahiblərinin(sağıcı,xalçaçı,çoban,sürücü və s.) obrazlarının təsviri
• Həmrəylik və mədəni müxtəliflik

 

Əsərlər Bakıdakı Xətai Sənət Mərkəzində və Qazax Dövlət Rəsm Qalereyasında sərgilənəcəkdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !