Bakı şansonu tamaşaçılar tərəfindən maraqla qarşılanıb - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

“Bakı şansonu” tamaşaçılar tərəfindən maraqla qarşılanıb + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Heydər Əliyev Sarayında “Bakı şansonu” adlı konsert proqramı keçirilib.

 

Saraydan AZƏRTAC-a verilən məlumata görə, konsertdə tanınmış şanson ifaçıları Fərhad Bakinski, Cəlal Abbasov, Ceyhun Bakinski, İlqar Sail, Şakir Mərdanov və Sabir Əhmədov iştirak ediblər.

 

Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunub. Hər zaman populyarlığını saxlayan “Bakı şansonu” janrında mahnılar paytaxt sakinləri və qonaqlar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !