ADGTT-da həftəsonu maraqlı repertuar vəd edir - (+FOTO)

ADGTT-da həftəsonu maraqlı repertuar vəd edir (+FOTO)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi bu həftə də teatrın repertuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, fevralı ayının 3-də X. Əlibəylinin “Dovşanın ad günü” , fevralın 4-də isə A.Şaiqin “Danışan gəlincik” tamaşalarının qəhrəmanları məktəblilərin görüşünə gələcək. Tamaşalar saat 12:00 və 14:00-da nümayiş olunacaq. Teatrın axşam tamaşaları repertuarında isə 3 fevral tarixində M.F.Axundzadənin “ Hekayəti-Xırs-quldurbasan”, 4 fevral tarixində isə Y.Abramov və L.Bəyimin “Yarımçıq qalmış” tamaşaları nümayiş olunacaq . Tamaşalar saat 19:00-da başlanır.
Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə əsərlərində rolları Əməkdar artistlər Qurban İsmayılov, Elşən Rüstəmov, Nofəl Vəliyev, Şövqü Hüseynov, Gülər Nəbiyeva, Nübar Novruzova, Vahid Əliyev, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Elnur Hüseynov, Asya Atakişiyeva, Manaf Dadaşov və teatrın digər sevilən aktyorları ifa edir.
Tamaşalara biletləri mərkəzləşdirilmiş kassalardan və “Asan xidmət” filiallarından əldə edə bilərsiniz.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !