Nəsimi rayon gənclərinin 2 fevral – Gənclər günü münasibəti ilə bayram tədbiri - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Nəsimi rayon gənclərinin “2 fevral – Gənclər günü” münasibəti ilə bayram tədbiri + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Azərbaycanda gənclərin problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev bu gün öz fəaliyyətində ölkə gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlığının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 fevral – Gənclər Gününə həsr olunan bayram tədbirində söyləyib. O qeyd edib ki, ulu öndər Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ümummilli Liderin Sərəncamı ilə həmin gün Gənclər Günü elan edildi. Bu gün gənclərə böyük önəm verən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən onların problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclərin sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.

Qeyd edilib ki, Nəsimi rayon əhalisinin təqribən 31 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində böyük işlər görülüb.

İcra başçısı hər zaman gənclərə dəstək olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edib. O deyib ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin və tarixinin, ölkəmizin nailiyyətlərinin dünya miqyasında təbliği və tanınmasında böyük rolu var.

Tədbirdə digər çıxış edənlər ölkəmizdə gənclərlə bağlı görülən işlərdən danışıb, onlara uğurlar arzulayıblar.

Daha sonra rayonun ictimai-siyasi həyatında, təhsil, idman, elm, mədəniyyət sahələrində fərqlənən gənclərə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Bayram tədbiri konsert proqramı ilə başa çatıb.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !