Bakı Şəhər Halqası Gənclər günü münasibətilə forum keçirdi - + FOTO (AZpress.AZ – Minə Türksoy, Rüstəm İsmayılov)

Bakı Şəhər Halqası “Gənclər günü” münasibətilə forum keçirdi + FOTO (AZpress.AZ – Minə Türksoy, Rüstəm İsmayılov)

AZpress.AZ xəbər saytinin məlumatına əsasən bildiririk ki, Bakı Şəhər
Halqası Əməliyyat Şirkəti (BŞH) “2 fevral – Gənclər günü” münasibətilə
Hokümət evinin qarşısında yerləşən Paddok binasında “Öz karyeranı qur!”
mövzusunda forum təşkil etmişdir.
Forumda gənclər və idman naziri Azad Rəhimov, ABŞ-ın Azərbaycandakı
səfiri Robert Sekuta, təhsil nazirinin müavini Firuddin Qurbanov, BP
Azərbaycan şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti Leyla
Novruzova və millətvəkili Fuad Muradov natiq qismində iştirak etdilər.
Natiqlər foruma qatılan 2018 Formula 1 Azərbaycan Qran Prisinin
könüllülərinə öz gənclik illərinə dair həyat təcrübələrindən danışdılar və
həmçinin karyera quruculuğu ilə əlaqədar zəruri tövsiyələr verdilər.
Tədbirdə çıxış edən nazir A.Rəhimov gəncləri dəyişən şərtlərə uyğun yeni
bacarıqlara yiyələnməyə dəvət etdi: “Dəyişən şərtlər yeni peşələrin
yaranmasını zəruri edir. Bu peşələr də öz növbəsində yeni qabiliyyətlər
tələb edir. Məlumdur ki, təhsil bu dəyişikliklərə hər zaman tam uyğunlaşa
bilmir. Əksər hallarda ən yaxşısı məhz həmin bacarıqları işdə öyrənməkdir.
Siz karyeranızda irəlilədikcə yeni hədəflərə çatmaq üçün dəfələrlə yeni
qabiliyyətlər qazanmağa ehtiyac duyacaqsınız. Burada vacib olan əsas
məqam heç vaxt hədəflərdən yayınmamaqdır.
Bir sözlə sağlam olun, özünüzə inanın, milli dəyərlərə sadiq qalın,
həyatınızı dərindən dərk edin və peşəkar hədəflərinizi tezliklə
reallaşdırmağa çalışın.”
ABŞ səfiri R.Sekuta çıxışında gənclərin ölkənin inkişafına böyük töhfə
verdiyini bildirdi: “Azərbaycanda keçirilən idman yarışlarında iştirak edərkən
məndə ən xoş təəssürat yaradan məqamlardan biri könüllülərin qonaqlara
dostcasına münasibəti və onlara daima yardım etməyə hazır olmaları idi.
Çox sevindirici haldır ki, könüllülər hazırlıq müddətində yiyələndikləri bilik
və bacarıqları idman tədbirlərində böyük məharətlə tətbiq edə bilirlər. Bu,
uğurun və ölkənin inkişafının nişanəsidir”.

Forumda öz həyat təcrübələrindən söhbət açan F.Qurbanov könüllüləri hər
zaman şəxsi inkişafla bağlı səy göstərməyə çağırdı: “Yaranmış münbit
şəraitdən yararlanmağa çalışın. Öz karyeranızı tələbəlik illərindən etibarən
planlaşdırmağa başlayın. Bunun üçün qarşıya qoyduğunuz məqsəd və
potensialınızı dəqiqliklə analiz edin.
Təhsil peşə seçimində çox önəmli faktordur. Ancaq bir kadr kimi daima öz
üzərinizdə işləyin. Yalnız fədakarlıq və zəhmətlə öz məqsədinizə çata
biləcəksiniz”.
Beynəlxalq şirkətin yerli təmsilçisi L.Novruzova öz növbəsində davamlı yeni
fürsətlər axtarışında olmağın zəruriliyindən danışdı: “Öz təcrübəmə
əsaslanaraq deyə bilərəm ki, gəncin aldığı təhsillə arxasınca getmək
istədiyi peşə üst-üstə düşməyə bilər. Əsas odur ki, planlı olun, bununla
yanaşı daima yeniliklərə açıq olun və yeni bacarıqlara yiyələnin.
Texnologiya ilə ayaqlaşın. Plan və strategiyanızı dəyişməkdən qorxmayın.
Hər zaman hardasa bir küncdə sizi gözləyən bir şans var, onu
dəyərləndirin”.
Millət vəkili Fuad Muradov çıxışında hədəfləri əvvəlcədən
müəyyənləşdirməyin əhəmiyyətini diqqətə çatdırdı: "Gənclərə tövsiyə
edərdim ki, karyera qurarkən ilk öncə məqsədlərini dəqiqləşdirsinlər və
həmçinin dünyada baş verən trendlərdən xəbərdar olsunlar".
Üç yüzə yaxın könüllünün iştirak etdiyi forumun sonunda natiqlər
auditoriyanı maraqlandıran sualları cavablandırdılar və əlamətdar gün
münasibətilə könüllüləri təbrik edərək onlara gələcək karyeralarında uğurlar
arzuladılar.
Digər tərəfdən, “Gənclər günü” münasibətilə dənizkənarı bulvarda yerləşən
“Yeddi gözəl” fəvvarəsinin önündə Formula 1 Azərbaycan Qran Prisi
könüllülərinin yüksək fəaliyyətinə həsr olunmuş instalyasiyanın açılışı da
baş tutdu. Həmin instalyasiyada ingilis dilində “We love
#F1BakuVolunteers” (Biz Formula 1 könüllülərini sevirik!) cümləsi əks
olunub.


AZpress.AZ ,Minə Türksoy. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !