Musiqili Teatrda Qara Qarayevin şərəfinə tamaşa nümayiş olunub. -

Musiqili Teatrda Qara Qarayevin şərəfinə tamaşa nümayiş olunub.

Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli bəstəkar, tanınmış alim-
pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, akademik Qara Qarayevin 100 illik
yubileyi ilə əlaqədar böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim
günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Səhnə
əsərində ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər
əbədiyaşar musiqilərindən istifadə edilib.
Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri
teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev, quruluşçu
rejissoru İradə Gözəlovadır.
Tamaşada bu dəfə Nurcahan rolunu Əməkdar artist Nərgiz Kərimova ifa
edib. Qeyd edək ki, bu sənət ocağında Nurcahan obrazını əvvəllər Xalq Artisti
Şükufə Yusupova canlandırıb.
Tamaşada digər rolları Əməkdar Artist İlham Hüseynov və balet artisti
Cəlalə Novruzlu ifa ediblər. Səhnə əsərinin dirijoru Əməkdar İncəsənət Xadimi
Fəxrəddin Atayev, quruluşçu baletmeyster Yelena Ağayeva, quruluşçu rəssam
Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin
Dadaşovdur.
Ölməz bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunan və çox
uğurlu keçən bu tamaşada Bakıda yerləşən diplomatik korpusun nümayəndələri,
elm və incəsənət xadimləri, həmçinin, Rusiya, Polşa və Gürcüstandan gələn
qonaqalar iştirak ediblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !