Vətənpərvər gənclik dini radikalizmə qarşıdır mövzusunda maarifləndirici tədbir keçirilib - + FOTO (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran)

“Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib + FOTO (AZpress.AZ, Ağaddin Babayev, Lənkəran)

Lənkəranda “Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

 

Fevralın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Lənkəran rayonunun Hirkan qəsəbə tam orta məktəbində “Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Müəllim və şagirdlərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Hirkan qəsəbə tam orta məktəbinin direktoru Adil Kərimov çıxışında ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. A.Kərimov gənclər arasında vətənpərvərliyin təbliği və dini radikalizmə qarşı mübarizədə bu kimi tədbirlərin müstəsna əhəmiyyəti olduğunu vurğulayıb.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə milli-mənəvi və dini dəyərlərin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu, dini radikalizm, ekstremizm və digər mənfi meyillərin Azərbaycan mədəniyyəti üçün yad olduğunu bildirib. DQİDK-nin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışan E.Həmidli bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Hirkan qəsəbə məscidi dini icmasının sədri Ayaz Mirzəyev və digərləri çıxışlarında şagirdlərin mənəvi-əxlaqi dünyagörüşünün formalaşması və inkişafı baxımından mühüm əhəmiyyəti olan maarifləndirmə tədbirlərini yüksək qiymətləndiriblər
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Ağaddin BABAYEV, Lənkəran

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !