Lənkəranda torpaq sürüşməsi - - Kəndlə şəhər arasında əlaqə kəsildi...VİDEO

Lənkəranda torpaq sürüşməsi - Kəndlə şəhər arasında əlaqə kəsildi...VİDEO

Lənkəranda torpaq sürüşməsi: "Gərgiran kəndinin şəhərlə əlaqəsi kəsilib"

 

Lənkəranın ucqar kəndi olan Gəgiranda torpaq sürüşməsi baş verib, BBC Azərbaycancaya bu barədə Gərgiran kəndinin orta məktəb müəllimi Həbib Əlizadə məlumat verib.

 

Onun sözlərinə görə, sürüşmə dünən səhər saatlarında baş verib.

 

"Sürüşmə təxminən 40-50 sm enliyində ərazini əhatə edir. Sürüşmə hələ də davam edir. Ərazidə bir metrdən böyük yarğan yaranıb".

 

Həbib Əlizadə onu da əlavə edib ki, sürüşmə olan yolda avtomobillərin hərəkəti mümkün deyil.

 

"Gəgiran kəndinin şəhərlə əlaqəsi kəsilib. Kənddə alternativ yol da var, lakin bu yolun vəziyyəti yaxşı olmadığına görə kənd sakinləri o yoldan istifadə edə bilmir. Evlərə də təhlükə var, amma hələ ki, ziyan dəyməyib".

 

Kəndin şəhərlə əlaqəsinin kəsildiyini təsdiqləyən Ekologiya və Təbii Sərvətlər nazirliyinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov BBC Azərbaycancaya bildirib ki, sürüşməyə səbəb yağıntılar ola bilər.

 

"Hazırda aidiyyəti qurumlara xəbər verilib, vəziyyət araşdırılacaq", cənab Qaralov deyib.

 

Lənkəran icra hakimiyyətinin müavini Möhübbət Babayev BBC Azərbaycancaya deyib ki, hadisə yerinə mütəxəssislər gəlib, vəziyyəti öyrənirlər. 

 

BBC AZƏRBAYCANCA

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !