ƏLİSƏMİDİN ŞUŞADA ƏN AZI İKİ EVİ VAR... - - Kərim Kərimli

ƏLİSƏMİDİN ŞUŞADA ƏN AZI İKİ EVİ VAR... - Kərim Kərimli

...Şuşanın işğalından sonra camaatımız ölkəmizin 60-dan çox rayonuna səpələndi. Adamların kompakt şəkildə ən çox məskunlaşdığı yerlərdən biri də Yeni Yasamal oldu. O zaman şair Əlisəmid Kür Yeni Yasamaldakı təzə binalardan birində dövlətin ona verdiyi mənzildən imtina edərək, öz mənzilini məcburi köçkün ailəsinə bağışladı. Mənim yadımda bu cür addım atan cəmi 3 adamın adı qalıb. Əlisəmidi dedim, ikinci onun və bizim dostumuz şair Tofiq Qaraqaya idi. Üçüncü şəxs isə Arzu Abdullayeva idi, o öz şəxsi vəsaiti hesabına bir məcburi köçkün ailəsinə mənzil almışdı. Daha doğrusu, Arzu xanım həmin ailəyə pul vermişdi ki, özünə ev alsın. Bunu yazmaqla onların buna borclu olduğunu demək istəmirəm, sadəcə faktı konstatasiya edirəm...
Mətləbdən uzaqlaşdım...
Bu gün Əlisəmisin ad günüdür.
Gözəl və orijinal şair, yaxşı insan, səmimi patriot, əziz dost, ad günün mübarək!
100 yaşa!
Gün gəlsin Şuşada qonağımız ol!
Qonaq kimi yox, öz evin kimi gəl!
Şuşada sənin evin çoxdur, çox olacaq. Ən azı 2 evin olacaq. Biri mənim evim, bir də Bakıda öz evini verdiyin ailənin evi.
Öz evini köçkünə verdiyin kimi, onun da azad olunmuş yurddakı evini öz evin bilib gəl!
Ad günün mübarək!!!