Azərbaycan Dövlət Filarmoniyasında MuzTV nin möhtəşəm tədbiri keçirildi! + FOTOLAR (AZpress.AZ – Minə Türksoy, Rüstəm İsmayılov)

AZpress.AZ Xəbər saytının məlumatına əsasən bildiririk ki, 12 fevral 2018-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında Muz TV-nin peyk yayıma başlaması münasibətilə tədbir proqramı təşkil olunmuşdur.Azərbaycan musiqisinə xidmət edən və əvəzsiz töhvələr verən musiqi kanalı olan Muz TV 2012-ci il 11 may tarixindən 20 oktyabr 2017-ci il tarixinədək www.muztv.azsaytı vasitəsi ilə yayımlanan internet televiziyası idi. Televiziya yayıma başladığı andan hər zaman dünya musiqi incilərinin ən dəyərli musiqilərini təqdim etməyə başlamışdır. Özünə məxsusluğu ilə seçilən kanal hər zaman maraqlı layihələr, kliplər, filmlər və canlı yayım reportajları ilə tamaşaçısında maraq oyatmağı bacarmışdır.
Təbridə bir çox rəsmilər, millət vəkilləri, media nümayəndələri, musiqiçilər və bir çox peşə sahibləri iştirak edirdi.Təbrik üçün kürsüyə millət vəkilləri Rəfail Hüseynov, Jalə Əliyeva, Novruz Aslanov dəvət olundular. Hər biri öz növbəsində kanala təbriklərini çatdırmış və kanalın Azərbaycan musiqisinə olan əvəzsiz xidmətlərini n təqdirə layiq olduğunu bildirmişlər.
Qeyd edək ki, tədbirdə Natavan Həbibi, Rahidə Baxışova, Faiq Ağayev, Fuad Musayev, Natiq Ritm qrupu, Səbinə Ərəbli, Murad Dadaşov, Roza Zərgərli və bir çox kanalların nümayəndələri iştirak etmişdir.


AZpress.AZ , Minə Türksoy.