Murad Dadaşov Sumqayıt "ASAN xidmət" mərkəzində könüllü oldu (+FOTOLAR)

Sumqayıt regional “ASAN xidmət” mərkəzi “Könüllü məşhurlar” layihəsi çərçivəsində növbəti qonağını qəbul etmişdir. Əməkdar artist, tanınmış teleaparıcı, aktyor, “Bakılı Oğlanlar” şən və hazırcavablar klubunun üzvü Murad Dadaşov Sumqayıt regional “ASAN xidmət” mərkəzinin qonağı olub.
Murad Dadaşov cari və məzun könüllülərlə çay süfrəsi arxasında görüşmüş, öz həyat təcrübəsindən ,əldə etdiyi uğurlardan, könüllülk fəaliyyətinin əhəmiyyətindən danışıb, verilən sualları cavablandırıb. Çay süfrəsindən sonra Murad Dadaşov könüllülük fəaliyyətinə başlayıb, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində xidmət göstərib, vətəndaşlardan sorğu götürüb, Yaşıl ASAN, ASAN məktub, Əsgərə Məktub layihəsinə dəstəyini ifadə etdi.
Bütün fəaliyyətlərini nəzərə alaraq Murad Əli oğlu Dadaşov 10 fevral 2018-ci il tarixində Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Könüllü məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün 1-ci dərəcəli ŞƏHADƏTNAMƏ ilə təltif olunub.