“İrrealizm” adlı rəsm sərgisi keçiriləcəkdir.

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə 19-23 Fevral 2018-ci il
tarixində, saat 17.00-da, Bakı Yunus Emre İnstitutunun sərgi salonunda Azərbaycan
Rəssamlar Birliyinin üzvü, tanınmış rəssam Soltan Soltanlının “İrrealizm” adlı rəsm sərgisi
keçiriləcəkdir.
“İrreal – gerçək olmayandır. Sənətin təqdim etdiyi irreallıq isə əslində olandır! Bəs
harada? Yalnız düşüncədə, xəyalda, mahiyyətdə! Demək, dünya təkcə reallıqdan –
gerçəklikdən ibarət deyil, o həm də dərin, fəlsəfi irreallıqdan ibarətdir.” Beləliklə, Soltan
Soltanlının mənsub olduğu, yaranması üçün çalışdığı irrealizmin əsas məqsədi dünyaya,
həyata dərin idraki, fəlsəfi və məntiqi baxış, yanaşmadır. Rəssam öz fantaziyalarına inanır
və təsvir etdiyi hadisələrin gerçəkdən ola biləcəyinə tamaşaçıda inam yaradır. Bu təsvirlər
qeyri-realdır. Ona görə, o, öz əsərlərini “irreal” adlandırır və ilk dəfə olaraq bu termini
rəssamlığa gətirir.
Bu sərgi sizin rəssamlıq haqqında düşüncələrinizi bütünlüklə dəyişəcək.