Gəncləri radikal dini cərəyanlardan necə qoruyaq? mövzusunda maarifləndirici tədbir keçirilib - +FOTOLAR (AZpress.AZ - Ağaddin Babayev, Astara)

“Gəncləri radikal dini cərəyanlardan necə qoruyaq?” mövzusunda maarifləndirici tədbir keçirilib +FOTOLAR (AZpress.AZ - Ağaddin Babayev, Astara)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Səpnəkəran kənd tam orta məktəbində “Gəncləri radikal dini cərəyanlardan necə qoruyaq?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Səpnəkəran kənd tam orta məktəbinin direktoru Sevda Zəkəriyayeva çıxışında ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. S.Zəkəriyayeva gənclər arasında dini radikalizm, ekstremizmə qarşı mübarizə məqsədilə keçirilən tədbirlərin müstəsna əhəmiyyəti olduğunu bildirib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, dini radikalizmə qarşı mübarizədə elm və təhsinin əhəmiyyətini vurğulayıb. E.Həmidli, həmçinin DQİDK-nin bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında danışıb. Əlavə edib ki, bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Ağaddin BABAYEV, Lənkəran
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !