ADGTT-da həftəsonu maraqlı repertuar ... - (+FOTOLAR)

ADGTT-da həftəsonu maraqlı repertuar ... (+FOTOLAR)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi bu həftə də teatrın reperatuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, fevral ayının 17-də saat 12:00 və 14:00-da məktəblilər üçün A. Lindqrenin “Uzuncorab Pippi” tamaşası, ayın 18-i isə eyni saatlarda Azərbaycan Xalq nağılı “Göyçək Fatma” tamaşaları nümayiş olunacaq. Teatrın axşam repertuarında isə 17 fevral tarixində Ə. Əmirlinin “Mən səni sevirəm – MSS”, 18 fevral tarixində isə Ə. Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşaları təqdim olunacaq. Tamaşalar saat 19:00-da başlanır.
Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılana səhnə əsərlərində rolları Əməkdar artistlər Şövqü Hüseynov, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nübar Novruzova, Naibə Allahverdiyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Asya Atakişiyeva, Manaf Dadaşov, Müşfiq Əliyev, Səbinə Məmmədova, Xəyalə Meydanova, Zümrüd Quliyeva, Anar Seyfullayev , Şəbnəm Hüseynova və teatrın digər sevilən aktyorları ifa edir.
Tamaşalara biletləri mərkəzləşdirilmiş kassalardan və “Asan xidmət” filiallarından əldə edə bilərsiniz.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !