"Vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda maarifləndirici tədbir keçirilib - + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

"Vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda maarifləndirici tədbir keçirilib + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun Vilvan kənd tam orta məktəbində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Vilvan kənd tam orta məktəbinin direktoru Əliniyaz Ağayev çıxışında Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü Amid Xurşudzadə çıxışında 26 il bundan öncə-1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu soyqırımı bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayət aktıdır.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini vurğulayıb. E.Həmidli DQİDK-nın bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri və Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında da danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizmdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları Emil Vəliyev və Orxan Şahmarov çıxışlarında erkən nikah, narkomaniya, digər zərərli vərdişlər və onların fəsadlarından bəhs ediblər.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Ağaddin BABAYEV, Lənkəran
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !