ADGTT-da Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü anılacaq... -

ADGTT-da Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü anılacaq...

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında anılacaq . Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılarında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən tədbir keçiriləcək. Tədbir çərçivəsində teatrın repertuarında yer alan S. Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası nümayiş olunacaq. Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri ilə yanaşı Xocalı şəhərinin sakinləri, faciənin iştirakçısı olan şahidlər iştirak edəcək.
1992-ci il fevral ayının 25-dən – 26-a keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edən S.Elsevərin “Arzu və Murad” tamaşasını həmçinin Xocalıdan didərgin düşmüş soydaşlarımız və rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi izləyəcək.
Qeyd edək ki, tamaşa fevralın 25-i saat 19:00-da geniş tamaşaçı auditoriyası üçün də nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Səhnə əsərində əsas obrazları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !