VƏTƏN ÜÇÜN YANAN DOSTLAR -

VƏTƏN ÜÇÜN YANAN DOSTLAR

 A.İvanov "İnterfaks-Azərbaycan” informasiya agentliyinə rəhbərlik edirdi. Hələ ulu öndərin sağlığında bu agentliyin köməyi ilə dünyaya Azərbaycan həqiqətləri, ulu öndər haqqında ən dəqiq, vacib informasiyaları yayımlamaq mümkün idi.


A.İvanov uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb. Təsadüfi deyil ki, o həmişə cangüdənlər briqadasına rəhbərlik edib. Hamı onu "Saşa” deyə tanıyırdı. Ulu öndər bilavasitə ən vacib işləri A.İvanova həvalə edirdi. Hamı bilirdi ki, o, öndərin ən etibarlı adamıdır. A.İvanov da öz ətrafına özünün ən etibar etdiyi şəxsləri toplamışdı və onların köməyi ilə tapşırıqları vaxtında yerinə yetirirdi. Həmin vaxtlarda A.İvanova verilən tapşırıqların yerinə yetirilməsində ən aktiv rol oynayan, köməyini əsirgəməyən Gülağa Qəmbərovun adını çəkmək lazım gəlir. Bəs, Gülağa Qəmbərov kimdir? Gülağa Tənha kimi tanınan azərbaycanlı şair və iş adamı 1959-cu ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. O, Moskvada mötəbər vəzifədə işləyərkən öz imkanlarından və bacarığından istifadə edərək H.Əliyevin A.İvanova verdiyi tapşırıqların yerinə yetirilməsində xüsusi rol oynayırdı.

Keçmişə nəzər salsaq xatırlayarıq ki, xalqımızın dəhşətli faciəsi olan 20 Yanvarda əli azərbaycanlıların qanına batmış Qorbaçov Moskvada baş katib işləyərkən H.Əliyevin fəaliyyətinə qısqanclıqla yanaşır və onun rəhbərlikdən uzaqlaşması üçün əlindən gələni edirdi. Amma ulu öndər heç nəyə baxmayaraq xalqımız üçün vacib olan işləri görməkdə davam edirdi. Təbii ki, bu işdə öndərə A.İvanov və onun yaxın dostu Gülağa Tənha kömək edirdi. Gülağa Tənhanın vəzifədə olması, bu addımın onun üçün pis nəticə göstərəcəyi təhlükəsi olsa da, o, bütün başına gələcəkləri gözə alaraq İvanovun verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışmışdı. Çünki yaxşı bilirdi ki, bunlar ulu öndərin tapşırıqlarıdır. Onun bu fədakarlığının tək bir səbəbi var idi - qanında Vətən sevgisi, vətənpərvərlik hissi yaşadırdı. Bir faktı da qeyd etmək lazımdır ki, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkədə hərc-mərcliyin artdığı dövrdə G.Qəmbərov İnterfaksın fəalliyyətini yüksək səviyyədə təmin etmək üçün öz imkanlarından istifadə edərək, agentliyi texniki avadanlıqla təmin edirdi. O, Moskvanın gözdən uzaq yerlərində kirayə mənzil tutaraq, orada agentliyin fəalliyyəti üçün şərait yaradırdı. Gülağa Qəmbərov öz vəzifəsi, həyatı bahasına Vətəni, xalqı üçün hər şeyi gözə almışdı. Sözsüz ki, bu iki dostun ulu öndər ətrafında birləşərək, Vətən üçün yorulmadan gördükləri işləri sadalamaqla qurtarmaq olmaz.
Heydər Əliyevin hakimiyyəti dövründə də, dünyasını dəyişəndən sonra da A.İvanov və G.Qəmbərov çox yaxın dost olublar. Təsadüfi deyil ki, G.Qəmbərov Bakıya gələn zaman ulu öndərimizin məzarına məhz A.İvanovla gedərdi. A.İvanovun vaxtsız vəfatı bir çoxlarını olduğu kimi, G.Qəmbərovu da sarsıtmışdı.
Gülağa Qəmbərovun İnterfaksa köməyi ilə A.İvanov bütün dünyaya Azərbaycan haqqında həqiqətləri çatdırırdı. Tanınmış jurnalist və publisist Əflatun Amaşov da A.İvanov haqqında ürək sözlərini bildirib. Ə.Amaşovun dediyinə görə, A.İvanov sadəliyi, səmimiliyi ilə seçilirdi. İdeya və prinsiplərinə, sadiqliyinə görə tanınan mərhum A.İvanov şəxsi keyfiyyətləri ilə də olduqca örnək sima sayılırdı. Ə.Amaşov mərhumun vəfatının vaxtsız olduğunu bildirərək, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verdiyini bildirib.

Biz də öz növbəmizdə jurnalistikamız üçün böyük itki olan A.İvanovun vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib, səbr diləyirik.

Sonda Aleksandr İvanovun Gülağa Tənhanın yaradıçılıq hesabatı bədii geşələrindən birində dediyi xoş sözləri Sizlərə təqdim edirik.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !