ADGTT – həftəsonu 9 tamaşa təqdim edəcək... - (+FOTOLAR)

ADGTT – həftəsonu 9 tamaşa təqdim edəcək... (+FOTOLAR)

Ölkəmiz Xocalı faciəsinin törədilməsinin 26-cı ildönümünü qeyd etdiyi ərəfədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu bir qədər fərqli repertuarla tamaşaçıların görüşünə gələcəkdir.
Kollektiv fevral ayının 23-də saat 15:00-da Ə.Əmirlinin “MSS”, axşam saat 19:00-da T.Vəliyevanın “Cəza” (kiçik səhnədə), fevralın 24-də saat 12:00 və 14:00-da Azərbaycan Xalq nağılı “Məlikməmməd”, axşam 19:00-da isə Xalq yazıçısı İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşalarını nümayiş etdirəcəkdir. Fevral ayının 25-də saat 12:00 və 14:00-da C.Sviftin “Qulliver cırtdanlar ölkəsində” tamaşası, axşam 19:00-da isə S.Elsevərin Xocalı faciəsinə həsr olunmuş “Arzu və Murad” tamaşası təqdim olunacaqdır. Tamaşada Nəsimi rayon ictimaiyyəti, Xocalıdan olan soydaşlarımız, ali və orta ümumtəhsil məktəblərinin tələbə və şagirdləri iştirak edəcəkdir.
Qeyd edək ki, sözügedən tamaşa fevral ayının 22-də H.Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olaraq Müdafiə Nazirliyinin şəxsi heyəti və şəhər məktəblərində təhsil alan şagirdlər üçün də nümayiş edilmişdir.
Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, əsas obrazların ifaçıları Əməkdar Artist Gülər Nəbiyeva, Güşvər Şərifova, Səbinə Məmmədova, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov, Anar Seyfullayev və başqaları ifa edirlər.
Fevral ayının 26-da isə ADGTT-nın səhnəsində Şuşa Dövlət Musiqili Teatrı faciə qurbanlarına həsr olunmuş “Əsgər papağı” tamaşasını təqdim edəcəkdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !