Xocavəndli şagirdlər şəhid Zülfünün ailəsi ilə görüş keçirir - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Xocavəndli şagirdlər şəhid Zülfünün ailəsi ilə görüş keçirir + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Xocavənd Rayon Icra Hakiminin təşəbbüsü ilə məktəblilərin Vətənpərvərlik sahəsini şifahi genişləndirilməsi və şəxsi təcrübələrini daha da təmkinləşdirmələri üçün rayon ərazisində yerləşən ümumtəhsil müəssələrinin müəllim və şagird kollektivlərinin şəhid ailələri ilə mütamadi görüşləri keçirilir .
Bu görüşlərdən biri də keçən il fevralın 24-dən 25-ə keçən gecə şəhid olan , Beyləqan rayon ərazisində məskunlaşmış , əslən Ağdam rayonunun Mərzili kənd sakini , Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu , şəhid kəşfiyyatçı Zülfü Qədimovun ailəsi ilə baş tutub .
Belə ki , bu gün də Xocavənd rayonunun Tuğ kənd orta məktəbinin müəllim və şagird kollektivi şəhidin ailəsini ziyarət ediblər .
Xocavənd Rayon Icra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyevanın da iştirak etdiyi görüşdə Vətənpərvərlik mövzusunda geniş söhbətlər aparılıb. Şagirdlər şəhidin komasında saxlanılan onun şəxsi əşyaları və xidmət vaxtı çəkilmiş şəkilləri ilə tanış olublar .
Söhbət zamanı şəhidin anası Meyxanım Qədimova - belə görüşlərin həm gələcəyimiz olan şagirdlərə , həm də şəhid ailələri üçün önəmli və vacib olduğunu diqqətə çatdırdı . Həmçinin Meyxanım ana onlara göstərdikləri diqqət və qayğıya görə Xocavənd Rayon Icra Hakimiyyətinin başçısı Eyvaz Hüseyinova və 2-ci Ordu Korpusunun komandiri , general-mayor Mais Bərxudarova ailəsi adından minnətdarlığını bildirdi . 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !