Ağdamda dəm qazından zəhərlənmə hadisəsi baş verib - (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Ağdamda dəm qazından zəhərlənmə hadisəsi baş verib (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakinləri 1937-ci il təvəllüdlü Eldar Əliyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Əliyeva Mahirə hamamda dəm qazından zəhərləniblər.
Hər iki zəhərlənən şəxsə əraziyə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilərək, Ağdam Mərkəzi rayon xəstəxanasına gətiriliblər.
Həkimlər Mahirə Əliyevanın vəziyyətinin orta ağır olduğunu bildirsələr də, Eldar Əliyevin vəziyyətinin kəskin ağır olduğunu bildirdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !