Bərdədə Xocalı Soyqırımının 26-cı ildönümü silsilə tədbirlərlə anılır - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Bərdədə Xocalı Soyqırımının 26-cı ildönümü silsilə tədbirlərlə anılır + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Azərbaycan xalqının ən ağrılı-acılı günlərindən biri olan Xocalı Soyqırımı ilə bağlı Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Yevlax, Mingəçevir şəhər, Bərdə və Tərtər rayon nümayəndəliklərində silsilə anım tədbirləri keçirilir.

 

Regional İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində keçirilən anım tədbirlərindən biri də Regional İdarənin təşkilatçılığı ilə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində baş tutub. “ANA FƏRYADI” başlığı altında təşkil olunan tədbirdə Regional İdarənin tabeliyində olan Yevlax, Mingəçevir şəhər, Bərdə və Tərtər rayon nümayəndəliklərindən mədəniyyət işçiləri iştirak ediblər. Tədbir iştirakçıları öncə Xocalı soyqırımının acılarını özündə əks etdirən sərgiylə tanış olublar, bundan sonra tədbirin rəsmi hissəsinə start verilib.

 

Tədbiri giriş sözü ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Validə Nabatova açıb və Xocalı faciəsi haqqında geniş məlumat verib, Validə xanım Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən danışaraq bu sahədə ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsindən,ordu quruculuğundan, bu soyqrımın bir çox dövlətlərdə parlament və dövlət səviyyəsində tanınmasından danışıb.

 

Daha sonra çıxış üçün söz Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heyderova verilib. O, öz çıxışında bildirib ki,: “Xocalı Soyqırımı təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir vəhşilik və cinayətdir”. Həmçinin Hikmət Heydərov bu tədbirlərin keçirilməsində Xocalı sakinlərinin dərdlərini təzələmək yox, gənc nəslə vətənpərvərlik hislərini daha da aşılamaq, onlara ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat vermək və daima Xocalı sakinlərinin yanında olduğumuzu göstərməkdir.

 

Tədbir Bərdə rayon Divanlı kənd uşaq musiqi məktəbinin şagirdlərinin təşkil etdiyi kompozisiyalarla davam etdirilib.

 

Regional İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində də Xocalı Soyqırımına həsr olunmuş silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olmasından danışılıb. Sonda Xocalı Soyqırımına həs olunmuş kompozisiya və sərgilər təqdim olunub.

 

Bərdə rayon Mədəniyyət Mərkəzi və tabeliyində olan klub müəssisələrində baş tutan tədbirlərdə ermənilərin xalqımıza qarşı törətdikləri qətliyamlardan və bunun heç bir insanlığa sığmadığından bəhs edilib. Sözü gedən tədbirlər Vəliuşağı kənd Mədəniyyət evi, Otuzikilər kənd Mədəniyyət evi, Bala Göyüşlü kənf Folklore evi, Bəcirəvan kənd Mədəniyyət evi, Divanlı kənd Folklor klubu, Ərəblər kənd klubu, Hacallı kənd Mədəniyyət evi, Xanərəb kənd Mədəniyyət evi, Kətəlparaq kənd Folklore vi, Kolayır kənd xalq yaradıcılığı evi, Mehdixanlı kənd folklore evi, Mirzəxan kənd Mədəniyyət evi, Mollaəhmədli kənd klubu, Nazırlı kənd Mədəniyyət evi, Şatırlı kənd Mədəniyyət evi, Zümürxan kənd Mədəniyyət evi və digər klub müəssisələrində baş tutub.

 

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyində də Xocalı Soyqrımı silsilə tədbirlərlə anılır. Tədbirlərdə ermənilərin dinc əhaliyə, yaşlılara, uşaqlara, hamilə qadınlara qarşı törətdikləri ağlasığmaz vəhşiliklərdən söz açılaraq bunun nəyinki Azərbaycan xalqına,bütövlükdə bəşər cəmiyyətinə qarşı olan bir vəhşilik olmasını diqqətə çatdırıblar.

 

Sözü gedən tədbirlərdən biri Tərtər rayon Tarix-Diyarşünaslıq muzeyində baş tutub. Tədbirdən öncə anım günü ilə əlaqədar təşkil olunmuş sərginin izlənməsi ilə başlanıb.

 

Giriş sözü ilə çıxış edən muzeyin müdir əvəzi Aybəniz Məmmədova Xocalıda həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməi xahiş edib. Sonra Xocalıda törədilən vəhşiliklər barədə məruzə edilərək, 366 alayın qəfil Xocalıya basqın etməsi, şəhərin xarabalığa çevrilməsi barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

 

Tədbirin sonunda Tərtər rayon 2 nömrəli liseyin şagirdlərinin iştirakı ilə kompozisiyalar təqdim olunub, şeirlər söylənilib.

 

Tərtər rayon MKS-nın Mərkəzi Kitabxanasında, o cümlədən, 36 nömrəli Qapanlı kənd kitabxana filialı , İsmayılbəyli kənd kitabxana filialında da Xocalı soyqırımının 26 –cü ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib. Tədbirlərdə Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən geniş danışılaraq, Xocalı faciəsinə həsr olunmuş şeirlər söylənilib. Sonda soyqırımı əks etdirən sərgilər nümayiş olunub.

 

****************

 

Regional İdarənin tabeliyində olan Yevlax şəhər nümayəndəliyində də Xocalı Soyqırımı geniş silsilə tədbirlərlə anılır. Tədbirlərdə zamanla ermənilərin xalqımıza qarşə törətdikləri qətliyamlardan söz açaraq bunun öncədən planlaşdırılmış bir missiya olduğunu bildiriblər. Bunula yanaşı tədbirlərdə Xocalı Faciəsini özündə əks etdirən rəsm sərgiləri və milli vətənpərvərlik ruhunda filmlər nümayiş olunub.

 

Yevlax şəhər Mədəniyyət Mərkəzi, o cümlədən mərkəzin tabeliyində olan Ərəş kənd Folklor evi, Yədili kənd mədəniyyət evi,Malbinəsi kənd mədəniyyət evi və digər klub müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar səsləndirilərək bu hadisənin XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıblar. Bundan başqa Xocalı soyqırımının işıqlandırması barədə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin göstərdiyi igidliklərdən də bəhs edilib, onun şəkdiyi video materiallar nümayiş etdirilib. Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı hazırlanmış kompozisiya təqdim olunub.

 

Regional İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan bütün mədənəniyyət müəssisələrində olduğu kimi Uşaq musiqi məktəblərində də Xocalı Soyqırımı geniş silsilə tədbirlərlə anılıb. Tədbirlər məktəb kollektivləri tərəfindən hazırlanmış kompozisiyalarla davam edib.

 

Regional İdarənin tabeliyində olan Mingəçevir şəhər nümayəndəliyində də Xocalı soyqırımı geniş şəkildə silsilə tədbirlərlə qeyd olunub. Tədbirlərdə erməni fitnəkarlığından söz açılaraq Xocalı faciəsinin özündə əks etdriən filmlər, kompozisiyalar səsləndirilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !