Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - +FOTOLAR (Azpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib +FOTOLAR (Azpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü Lənkəranda silsilə tədbirlərlə qeyd olunub. Fevralın 26-da səhər saatlarından başlayaraq Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti şəhərin mərkəzində Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gələrək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Əvvəlcə İcra başçısı Taleh Qaraşov abidə-kompleksin önünə tər çiçəklər düzüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq təzim edib.
Daha sonra Ümumrayon ziyarəti başlayıb.
Mərasimdə gənclərin ifasında musiqili bədii kompozisiya səsləndirilib.
Anım mərasimi Lənkəran Dövlət Dram Teatrında davam etdirilib. Teatrın səhnəsində yazıçı-publisist Ağaddin Babayevin Xocalı faciəsinə həsr edilmiş “Şəhid şəhər” anım tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musuqi tərtibatçısı Miranda Qurbanovadır.
1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman öz doğma yurd-yuvalarından didərgin düşmüş insanların faciəli taleyini, onların saf hisslərini, psixoloji və mənəvi durumunu təsirli səhnələrlə əks etdirən bu tamaşada əsas obrazları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, artistlərdən Şahrud Mehdiyeva, Allahverən Babayev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Şəbnəm Hüseynova, Aysel Cahangirova və Günel Abbaszadə canlandırıblar.
Tamaşaya təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri ilə yanaşı şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri də baxıblar.
Qeyd edək ki, fevralın 26-da Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı qətliamına həsr edilib, Heydər Əliyev Mərkəzində, rayonun mədəniyyət ocaqlarında, idarə, müəssisə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri, rəsm və kitab sərgiləri keçirilib, soyqırım qurbanlarının xatirəsi ehtiramla yad olunub.

 

Ağaddin BABAYEV, Lənkəran
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !