Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

26 fevral 2018-ci il tarixində saat 15:30-da Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı və “N” nömrəli hərbi hissəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatının təlimatçısı Mehman Novruzov , N-saylı hərbi hissənin zabit və əsgərləri ermənilərin törətdikləri vəhşiliklərdən söz açaraq bildimişlər ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu işdə hər bir Azərbaycan vətəndaşı fəal olmalı, öz üzərinə düşən vəzifəni dərk edərək layiqincə yerinə yetirməlidir.
Tədbirdə N-saylı hərbi hissənin əsgərləri ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.Tədbirin sonunda Xocalı Soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir.
Saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !