SUMQAYIT TƏXRİBATI VƏ XOCALI FACİƏSİNİN ƏSAS MƏQAMLARI BİZİM PLANET DƏ -

SUMQAYIT TƏXRİBATI VƏ XOCALI FACİƏSİNİN ƏSAS MƏQAMLARI “BİZİM PLANET”DƏ

Ölkə ictimaiətinin və mediyanın hər il fevral ayının sonlarında əsas diqqət
mərkəzinə yönəldiyi Sumqayıt hadisələri və Xocalı soyqırımı "Bizim Planet”
verilişinin bu dəfəki buraxılışında öz əksini tapıb. Beynəlxalq Münasibətlərin
Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi analitik
verilişin bu dəfəki qonaqları millət vəkili, siyasi elmlər doktoru, professor Elman
Nəsirov, siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadə və siyasi şərhçi
Aydın Quliyev olub. "Bizim Planet” in növbəti müzakirəsində 30 illik tarixi olan
Sumqayıt hadisələri və 26 illik umummili faciəmiz olan Xocalı genosidinin önəmli
məqamalarına toxunulub.


Mövzularla bağlı diskursiyanı açıq elan edən Rufiz Qonaqov bildirib ki,
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları məhz Sumqayıt hadisələri ilə
başlamışdır. Məkirli ermənilər bu iddiaya başlamazdan əvvəl ilk növbədə
azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etməyə başlamış, elə bu
ərəfədə digər bir təxribat- 1988-ci il 22 fevral tarixində Ağdam-Əsgəran yolunda
Əli Hacıyev və Bəxtiyar Quliyevin öldürülməsi azərbaycanlılara ağıq təsir
etmişdir. Münaqişənin ilk qurbanları gələcəkdə azərbaycanlılara qarşı törədiləcək
kütləvi terror aktlarının xəbərçiləri idi. Rufiz Qonaqov vurğulayıb ki, Sumqayıt
hadisələri xaricdən idarə olunan xüsusi təyinatlı orqanların törətdiyi bir cinayət idi
ki, erməni adı altında baş verən bu təxribat Ermənistanın Azərbaycana qarşı
yürütdüyü separatçı siyasətin əsasını təşkil edir.


Millət vəkili Eman Nəsirov tarixi faktlara əsasən çıxış edərək diqqətə çatdırıb ki,
Sumqayıt hadisələri birbaşa Ermənistan rəhbərliyi, Sovet İttifaqı rəhbərliyi, Sovet
İttifaqı Dövlət Təhlükəsizliyi Komitəsinin təşkilatçılığı ilə həyata keçirilmiş xüsusi
və düşünülmüş bir təxribatdır. Dağlıq Qarabağı işğal etmək üçün bir əsas lazım idi.
Bu iddianı həyata keçirtmək üçün ən mühüm amil kimi sübut etməyə çalışırdılar
ki, azərbaycanlılarla ermənilər bir arada dinc şəkildə yaşaya bilməzlər və nəhayət
belə bir təxribat törədilməlidir. Birləşmiş qüvvələrin strateji məqsədi Azərbaycanın
işğalı, Sumqayıt təxribatı isə həmin işğalı həyata keçirtmək üçün bu “mühüm
əsası” yaratmalıydı deyə Eman Nəsirov qeyd edib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadə hadisələri uzun illər
planlaşdırılmış ssenari kimi dəyərləndirərək bildirib ki, bu planlar Moskvanın,
M.S.Qarbaçov siyasətinin ilk addmları idi.


“Bu hadisələrin arxasında tarix boyu Azərbaycana qarşı davamlı həyata keçirilən
etnik separatçılıq dayanırdı”- deyə siyasi şərhçi Aydın Quliyev vurğulayıb. O,
qeyd edib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən geniş miqyaslı terror
aktları Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bir dəfəlik dayandırılıb.
Veriliş boyu müzakirələrdə xüsusi diqqətə çatdırılıb ki, hadisələr baş verməzdən
əvvəl rus və erməni jurnalistlərin Sumqayıta gəlməsi və düşünülmüş təxribatın
istədikləri kimi işıqlandırılması, bu məkirli siyasətin nəyə əsas verdiyini sübuta yetirir. Bütün məsələlərdə olduğu kimi ermənilər tarixi təhrif edərək, öz planlarına uyğun şəkildə bu hadisələri də dünyaya çatdırmağa çalışıblar. Sumqayıt hadisələrindən 30 il keçməsinə baxmayaraq onun qaranlıq məqamları hələ də qalmaqdadır. Nəticədə onu görmək olur ki, ermənilər öz çirkin niyyətlərindən bu cür qarışıq məqamlarda bütün dövrlərdə istifadə ediblər. Və bunun da kökündə tarix boyu göz qoyduqları Azərbaycan torpaqlarının işğalını təxribatçı əməlləri ilə ört-bastır etmək niyyəti dayanır. Belə vəziyyətlərdən yararlanan bu xalq görünür, nə qədər qanlı proseslərə imza atıb ki, bu da strateji erməni təxribatlarının tərkib hissəsindən biridir.

"Bizim Planet” verilişində diqqətə çatdırılan digər mövzu isə tarixi faciəmiz olan
Xocalı soyqırımı idi. Bildirilib ki, Xocalı soyqırımı- erməni təcavüzkarları
tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır
cinayətdir. Bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətlərdən hesab olunan
Xocalı faciəsindən 26 il ötür. Soyqırımın tanıdılması və bu faciəyə beynəlxalq
səviyyədə siyasi qiymətin verilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm
addımlar atılıb. Heydər Əliyev tərəfindən Xocalıyla bağlı sənədlərin BMT sədrinə
ünvanlanması ilə bu terror aktı ilk dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. Həmin
siyasət illər sonra Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə başlanmış olan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində
lazımınca davam etdirilir. Dövlətimizin apardığı beynəlxaq siyasət sübut etməyə
çalışır ki bu genosid təkcə Azərbaycan xalqına qarşı deyil, bütün dünya üçün
həyata keçirilən bir cinayətdir. Buna görə də dünya ictimaiyyəti artıq dərk
etməlidir ki, Erməsitan dövləti və onun həyata keçidiyi separatçı siyasətin qarşısı
alınmalıdır.


Bildirilib ki, beynəlxalq tribunalarda bu gün Ermənistan hakimiyyətinə başçılıq
edən şəxslər həmin terror aktını törədən cinayətkar qrupun başında dayanır. Buna
görə də dünya birliyi Ermənistanın əsil iç üzünü tanıyıb, buna əsasən qərar
verməlidir. Avropa separatizmlə mübarizə apardığı bir dövrdə necə ola bilər ki bu
separatçı qrupla dostluq etsin?


BMT-nin 4 əsas qətnaməsi, İƏT-in çoxsaylı sənədləri və digər beynəlxalq
təşkilatların saysız-hesabsız qətnamələri Ermənistanı cinayətkar bir dövlət kimi
tanıyıb. Lakin hələ də bu cinayəti törədənlər haqqında beynəlxalq arenada lazımi
hüquqi cavab verilməyib. Buna baxmayaraq Azərbaycan dövləti bu cinayətə qarşı
öz haqlı mövqeyindən çəkilmədən mübarizə aparmaqda davam edir. Bu siyasətin
gec olmadan öz ədalət yerini tapacağına şübhə yoxdur. Çünki güclənməkdən olan
Azərbaycan dövlətinin əksinə, məhvə doğru sürüklənən Ermənistan öz daxili və
xarici siyasəyinin süqutunu dərk etməkdədir.

 

“Ağ Yol” İnformasiya Agentliyinin Mətbuat Katibi Aysel Abbasova 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !