"Xocalı qətliamının səbəbi o zamankı səriştəsiz idarəçilik idi" - - Mirsamir Məmmədov

"Xocalı qətliamının səbəbi o zamankı səriştəsiz idarəçilik idi" - Mirsamir Məmmədov

Serj Sərkisyanın, Robert Koçaryanın, Zori Balayanın və bunlar kimi bir çoxlarının səsləndirdikləri bəyanatlar və açıq etiraflar Ermənistanı terrorçu ölkə olaraq xarakterizə edir. Özləri Xocalıya dair bütün etirafları ediblər və bu, Tomas De Vaalın "Qarabağ" kitabında da xüsusi qeyd edilib.
Xocalıdakı qanlı soyqırımın əsas səbəblərindən biri, o zamankı dövlət başında olan təsadüfi şəxslərin səriştəsizliyi və yanlış idarəçiliyi idi.

 

Bunu siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki, Xocalıdakı qanlı soyqırımın əsas səbəblərindən biri, o zamankı dövlət başında olan təsadüfi şəxslərin səriştəsizliyi və yanlış idarəçiliyi idi.
Azərbaycanda 1990-cı illərdən başlayan siyasi böhran ölkəni elə bir səfalətə və çətinliyə doğru apardı ki, artıq Azərbaycanın özünü müdafiə edə biləcək qüvvəsi qalmamışdı. Bir-birini əvəzləyən təsadüfi dövlət başçıları ölkəni birmənalı şəkildə məhvə doğru sürüklədilər. Vəziyyət o qədər dramatikləşmişdir ki, artıq ölkənin sərhədlərindən xəbər almaq mümkün deyildi. Daxildəki hərc-mərcliklər güclü xaos yaratmışdı. Bütün bunları özləri üçün yaxşıca dəyərləndirən və Azərbaycanın o dövrkü rəhbərlərinin yeritdiyi siyasəti dərindən təhlil edən və Azərbaycan torpaqlarının mərkəzi hakimiyyət tərəfindən sahibsiz qaldığını görən ermənilər yüzillər boyu xalqımıza qarşı həyata keçirtmək istədiyi tarixi düşmənçilik və etnik təmizləmə siyasətini icra etməyə başladılar. Çünki, faktiki olaraq ölkəmizdə dövlət anlıyışı yox idi, ordu quruculuğu həyata keçirilməmişdi, ölkənin başında dayanan və bir birini əvəzləyən şəxslərin hamısı siyasətdə və dövlət idarəçiliyində təsadüfi olan və çox səriştəsiz şəxsləriydi. Yanlış idarəçilik və səriştəsizlik Azərbaycanı sürətlə bataqlığa doğru apardı.

 

Azərbaycanın başsız olduğunu, səriştəsiz və təsadüfi şəxslər tərəfindən idarə olunduğunu görən erməni quldurları cəsarətlə Azərbaycana qarşı hücuma keçdilər. Dövlət başında olan həmin təsadüfi şəxslər ölkəni elə duruma salmışdılar ki, Azərbaycanın ucqar nöqtələrindən xəbər-ətər yox idi və bütün bunları görən erməni vandalları, öncədən tanklarla üzük qaşı kimi mühasirəyə alaraq 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalını yerlə yeksan edərək dünya xəritəsindən sildilər və şəhəri əhalisi ilə birlikdə tamamilə yox etdilər.

 

Xocalı faciəsi mahiyyət etibarilə bəşər tarixinin ən qanlı qətliamı və dəhşətli cinayət aktıdır. Baş verən qanlı qətliam öz miqyasına və qəddarlığına görə əsrin soyqırımıdır. Rusiyanın 366-cı moto-atıcı hərbi alayının köməyilə Xocalını yerla yeksan edən erməni daşnaqları bütöv bir şəhəri yer üzündən silərək tarixin ən qanlı cinayətlərindən birinə imza atdılar. Xocalı faciəsi erməni vandalizminin açıq sübutudur. Baş verən dəhşətli faciə və soyqırım aktı bütün görüntüləri və sübutları ilə gözlər önündədir və bu günə qədər dünya birliyi bu dəhşətli hərbi cinayətə göz yummaqdadır və bu cinayətə hüquqi qiymət verməkdən məqsədli şəkildə yayınılır. Beynəlxalq Hüquq təşkilatları bu günə qədər Xocalı qətliamının səbəbkarlarını və bu qanlı cinayəti həyata keçirən terrorçuları beynəlxalq hüquq qarşısına çıxarmayıb. Təəssüf ki, bu hərbi cinayətlərin müəllifləri ermənistanda dövlət rəhbərliyində və digər mühüm postlardadır. Robert Köçəryan, Serj Sərqisyan, Seyran Ohanyan, Zori Balayan, Xaçaturyan və bir çoxları bu günə qədər Xocalıya dair çox sayda etiraflar etsə də, beynəlxalq hüquq təşkilatları münasibət bildirməyib və cinayətkarlar hüquq qarşısında mühakimə edilməyib. Bu da açıq şəkildə gösttərir ki, açıq aşkar ermənipərəstliyin və ikili standrtların mövcudluğunun sübutudur. Beynəlxalq aləm Xocalı baş vermiş əsrin soyqırımı olan dəhşətli hərbi cinayətə hüquqi qiymət verməyə borcludur.

 

Ən azından beynəlxalq hüquq tendensiyaları və hüquq normaları, qəbul edilmiş konvensiyalar və insan haqqları qanunları bunu tələb edir. Lakin Azərbaycanın və Azərbaycan xalqının maraqlarının təmin edilməsi məsələsi olduqda, bütün insan haqqları qanunları və tendensiyaları tapdalanır. Baş vermiş dəhşətli qətliamın foto-video görüntüləri və şahid ifadələri hər nə qədər dünya ictimaiyyətinin diqqətinə çatdırılsa da, məsələyə beynəlxalq aləm tərəfindən göz yumulur və susqunluq nümayiş etdirilir. Azərbaycan dövləti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə bütün dünyada "Xocalıya Ədalət" kampaniyası həyata keçirilir, dünyanın ən aparıcı və inkişaf etmiş ölkələrində geniş tədbirlər hazırlanaraq erməni vəhşiliyi və erməni qəddarlığının sübutu olan Xocalı faciəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu mövzuda çox yüksək əmək sərf edilir və mühümaddımlar atılır. Amma çox təəssüfki beynəlxalq aləm, dünya birliyi erməni vəhşiliyinə və erməni vandalizminə siyasi və hüquqi qiymət vermək istəmir..

 

Artıq bir reallığı dünya ictimaiyyəti də, ermənilər də anlayır ki, artıq bölgədə və regionda çox güclü və qüdrətli bir Azərbaycan dövləti var. Məhz Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədəki vəziyyət sürətlə, əsaslı və köklü şəkildə dəyişməyə başladı. Güclü dövlətçilik təcrübəsinə və zəngin idarəçilik bacarığına malik olan Ulu Öndər Heydər Əliyevin başlatdığı dövlətçilik islahatları və həyata keçirtdiyi yüksək ordu quruculuğu, təcrübəli və bacarıqlı şəxsləri dövlət işlərinə cəlb etməsi, aparılan yüksək və qabaqcıl siyasət Azərbaycanın sürətli inkişafına və yüksəlişinə səbəb oldu. Cəbhədə və hər sahədə düşmən üzərində böyük üstünlüklər əldə olundu. Güclü Dövlət yaradan Heydər Əliyevin həyata keçirtdiyi siyasət bütün dünyada Azərbaycanın öz sözünü layiqincə deyə biləcək bir ölkə olmasına və regionun ən güclü dövləti statusunu qazanmağa, habelə bölgənin ən qüdrətli ordusuna malik bir ölkə olmasına şərait yaratdı. Bu gün düşmən tərəfin istənilən bir təxribat əməlinə və atılan hər bir mərmisinə və gülləsinə qarşı dərhal və sürətli adekvat cavab verilərək güclü ordumuz tərəfindən susdurulur. Təbii ki. işğalçı ölkənin bütün siyasi və hərbi hücumlarına qarşı hər zaman ən yüksək şəkildə cavab veriləcək. Bu gün yetişmiş bir reallıq var ki, Azərbaycan ermənistan üzərində hər sahədə üstünlüyü təmin etmişdir. Azərbaycanın ordu quruculuğuna ayrılan büdcəsi, ermənistanın dövlət büdcəsindən çoxdur. Bu da o deməkdir ki, Azərbaycan istənilən an işğal altındakı torpaqlarını işğaldan azad edə biləcək qüvvəyə malikdir. Beynəlxalq aləm və dünya birliyi bu reallığı anlamalı və baş vermiş hər bir məsələyə, ermənistanın işğal faktına, Xocalıdakı qanlı qətliama və soyqırım aktına hüquqi qiymət verməlidir deyə, M. Məmmədov bildirib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !