"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Xocalı faciəsi ilə əlaqədar tədbir keçirib - (+FOTOLAR)

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Xocalı faciəsi ilə əlaqədar tədbir keçirib (+FOTOLAR)

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Xocalı Faciəsinin 26-çı ildönümü ilə əlaqədar 23 fevral 2018-ci il tarixində Xəzər rayonunda yerləşən Kəlbəcər rayonunun 14 saylı orta məktəinin şagirdlərinin Ana harayı abidəsininə ziyarətin təşkil edib.
Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək bildirdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Xocalı faciəsinə ilk siyası qiymət ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qaydışından sonra qiymət verildi. Bu gün möhtərəm Prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı təçavüzkar dövlət kimi qəbul edilər. Məhz cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir ki, bir necə xarici dövlətin qanunvericilik orqanları Xocalı soyqırımı haqqında siyasi qərar qəbul ediblər.
Xocalı faciəsinin dünayaya tanıdılmasında Azərbaycanın birinçi vitse-prezidenti, ölkəmizin birinçi xanımı Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın misilsiz xidmətləri var. Məhz Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya Ədalət" konpaniyası çərçivəsində artıq dünya ictimaiyyəti ermənilərin Xocalıda törədikləri soqrım barədə dolğun məlumatlandırılıb.
Sonda şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !