Xocalı faciəsi gənclərimizin gözü ilə - - "SARI GƏLİN" qısametrajlı filmi (+VIDEO)

Xocalı faciəsi gənclərimizin gözü ilə - "SARI GƏLİN" qısametrajlı filmi (+VIDEO)

1992 ci il Fevralın 25 -dən 26 -na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ -nin 366 -cı motoatıcı alayının iştirakı ilə Xocalıya soxularaq dinc əhalini kütləvi şəkildə qırmağa başlayırlar.
Qadınları, uşaqları, yaşlıları hər kəsi öz qanına boyayırlar.
Bu dəşhət saçan gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Bütün bu həqiqətləri ölkəmiz layiqincə dünyada tanıdır. Bu istiqamətdə gənclərdə əlindən gələni əsirgəməməlidirlər.
Fəal ictimai fəaliyyətdə olan gənclərimizdən biri Fərid Həsənzadə özünün yazdığı ssenarisi əsasında rejissorluğu ilə çəkdiyi "Sarı gəlin" adlı filmini təqdim edib.
Xocalı rayon İcra hakimiyyətinin dəstəyi ilə çəkilən qısametrajlı filmin çəkilişini və montajını Emil Mehdiyev həyata keçirib.
Sözügedən qısametrajlı filmi Fərid Həsənzadə, Gülşən Hüseynli, Səbuhi Məmmədli, Nicat Məmmədov, Kamran Nur, Seva Salehli canlandırıblar.
Filmi sizlərə təqdim edirik...

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !