Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - (+FOTO)

Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (+FOTO)

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O qeyd edib ki,Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır. C.Abdinov tarix boyu ermənilərin Azərbaycan torpaqlarına göz dikdiyini bildirib. Soyqırım zamanı 613 nəfər (63 uşaq, 106 qadın, 70 qoca) həlak olub. Xocalı sakinlərindən 487 nəfəri ağır yaralanıb, 1275 nəfər isə əsir düşüb. O, həmçinin, Xocalının Dağlıq Qarabağ hadisələrinin mərkəzində olmasından, şəhərin mühasirəsindən, əhalinin özünü müdafiəsindən söhbət açıb.
İclas aparıcı elmi işçi, fizika üzrə fəlsəfə doktoru Rəhim Ələkbərovun çıxışı ilə davam edib. Əslən Xocalıdan olan R.Ələkbərov canlı şahidi olduğu erməni vəhşilikləri haqqında danışıb.


Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !