Bir də heç zaman: Aşarşılık, Holokost, Komboca, Xocalı, Ruanda - - Fotosərgi (+FOTOLAR)

“Bir də heç zaman: Aşarşılık, Holokost, Komboca, Xocalı, Ruanda” - Fotosərgi (+FOTOLAR)

Qazaxıstanın paytaxtı Astana şəhərində Xocalı faciəsinin 26-cı ildönümünə
həsr olunan “Bir də heç zaman: Aşarşılık, Holokost, Komboca, Xocalı,
Ruanda” adlı fotosərgi təşkil olunub. Tədbirdə bəşəriyyət tarixində baş
verən beş ən dəhşətli soyqırımı birlikdə anılıb, daha belə cinayətlərin
təkrarlanmaması üçün həmrəylik nümayiş etdirilib, həmçinin həmin
soyqırımıların əks olunduğu fotolar nümayiş etdirilib.
Məlumata görə, Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası
və Qazaxıstan Dövlət Tarixi İnstitutunun dəstəyi ilə keçirilən tədbirdə
tanınmış dövlət və ictimai xadimlər, diplomatik korpusların nümayəndələri,
beynəlxalq qurumların təmsilçiləri, diaspor təşkilatlarının üzvləri, jurnalistlər
və digər qonaqlar iştirak ediblər. 


Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov heç kimin bu kimi
hadisələrin yenidən təkrarlanmasından sığortalanmadığını və sərginin də
başlıca məqsədinin sülhə çağrış olduğunu qeyd edib: "Bir sıra beynəlxalq
və ictimai təşkilatların dəstəyi ilə tarixin və insanlığın üz qarası olan
soyqırımıları birlikdə anmaqda əsas məqsədimiz sülhə çağırmaq, dünya
ictimaiyyətini, cəmiyyəti bu kimi soyqırımılarla tanış etmək və nə zamansa
yenidən belə cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaqdır. Beş
dəhşətli soyqırımı hadisəsinin hər birinin ayrı-ayrılıqda fotosərgilərini təşkil
etməklə onların formaca fərqli, mahiyyətcə eyni olduqlarını, bəşəriyyət
əleyhinə nə dərəcədə ağır bir vandallıq aktı törədildiyini bir daha diqqətə
çatdırmağa çalışdıq".
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay
Əfəndiyeva bildirib ki, bu tədbir dünyada qlobal problemlərdən birinə həsr
olunub: "Kamboca, Ruanda, Xocalı və Holokost soyqırımıları, Aşarşılık
insan yaddaşında qanlı iz buraxıb. Ermənistan Silahlı Qüvvələri tərəfindən
törədilmiş Xocalı soyqırımı dünyada zorakılığı, qəddarlığı və qeyri-insanı
cəza üsulları ilə bəşər tarixində vəhşilik aktıdır. Bu faciəvi hadisədən 26 il
keçməsinə baxmayaraq, insanların qəlbində ağrılarla xatırlanır. Xocalı
soyqırımı zamanı yüzlərlə müxtəlif yaşlı dinc sakin güllələndi, azyaşlı uşaq,
qoca öldürüldü. Bütün bu hadisələrdən danışanda biz müxtəlif xalqları,
dinlərindən asılı olmayaraq, bir anda yaxınlarını itirmiş, milyonlarla
evlərindən sürgün olunmuşları yaddan çıxara bilmərik. Uşaqların ölüm
faciəsi hər bir xalqın gələcəyinin faciəsidir. Müharibə və soyqırımı
sivilizasiyanı tərk etməlidir. Bununla mübarizə hər birimizin borcudur. Bu
hadisələrin nəticəsində insanlar məhv olur, min illərlə yaradılan mədəniyyət
abidələri dağıdılır. Məhz belə günlərdə türkdilli xalqlar ümumi irsin
qorunması üçün daha da sıx birləşməlidirlər. Biz zorakılığın, terrorun əleyhinəyik. Biz inanırıq ki, birlik və sülh yolu ilə vandalizmi və zorakılığı dəf
edəcəyik"


Astana şəhərinin baş ravvini Şmuel Karnaux səfirliyin soyqırımıların
xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək
qiymətləndirib: "Belə faciələr hər birimiz üçün ağrılıdır. Nə etmək lazımdır
ki, bir daha belə faciələr təkrarlanmasın? Onun üzərində düşünmək,
yüzminlərlə, milyonlarla insanların qətlinə gətib çıxaran bu cür hadisələrin
heç bir zaman baş verməməsinə çalışmaq lazımdır. Soyqırımılarda
yaşananların, çox yaxın bir tarixdə reallaşan bütün dünyanın gözü önündə
mülki əhalinin qətliama uğradılması faktlarının dünyanın hər yerində
ictimaiyyətin diqqətinə gətirilməsi və bu cür cinayətlərin qarşısının alınması
üçün vacib bir tədbirdir".
Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktor müavini Amangəldi
Kaşkimbayev ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda
və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş
Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq
ifadə edib, Xocalı, Holokost və digər soyqırımıların tarixə və insanların
qəlbinə qara ləkə kimi düşdüyünü bildirib.
Tədbirdə Azərbaycanın əməkdar artisti, dirijor və bəstəkar İslam
Manafovun ifasında musiqilər səsləndirilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !